XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Əməkdar artisti Əliqulu Səmədov
ÜMÜMİ XƏBƏRLƏR
19/08/2021 02:51

Azərbaycanlı aktyor və rejissor Əliqulu Qüdrət oğlu Səmədov 19 avqust 1953-cü ildə Astara şəhərində anadan olub. Rusiyanın paytaxtı Moskva şəhərində Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda sovet aktyoru, SSRİ Xalq Artisti Yevgeni Matveyevdən aktyorluq dərsi alıb, Vətənə qayıdandan sonra bır sıra filmlərdə yaddaqalan obrazlar yaradıb.

Hazırda "Azərbaycanfilm" kinostudiyasında çalışır. 70-ə yaxın filmin heyətində çalışıb.

Onun “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nizami”, “Qara gölün cəngavəri”, “Atları yəhərləyin”, “Yol əhvalatı”, “Bağlı qapı arxasında”, “Papaq”, “Bəyin oğurlanması”, “Cavad xan” və başqa filmlərdə oynadığı rollar tamaşaçlar tərəfindən rəğbətlə qarşılanıb.

Ə.Səmədov, həmçinin, Rusiya, Ukrayna, Türkiyə və İranda istehsal olunan filmlərə dəvət alaraq irili-xırdalı müxtəlif rollara çəkilib.

Prezident İlham Əliyevin 2011-ci il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Baxış sayı: 363