XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan uşaq yazarlarının virtual kitab sərgisi oxuculara təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2021 08:08

AZƏRTAC xəbər verir ki, virtual sərgidə müxtəlif dövrlərdə yaşayıb yaratmış Azərbaycan uşaq yazarlarının 44 adda kitabları tam mətinlə verilib.

Sərginin təşkil olunmasında əsas məqsəd Azərbaycan yazarlarının ədəbi irsi ilə oxucuları tanış etmək, uşaqların intellektual inkişafında mühüm rol oynayan kitabları oxuculara sevdirmək və mütaliəyə həvəsi artırmaqla onların informasiya tələbatını ödəməkdir.

Oxucular virtual sərgi vasitəsilə F.Köçərlinin “Balalara hədiyyə”, Abbas Səhhətin “Gün dağlara yayıldı”, Abdulla Şaiqin “Tıq-Tıq xanım”, Xanımana Əlibəylinin ”Biletsiz sərnişin”, Nigar Rəfibəylinin “Bir cüt xurma ağacı”, Zahid Xəlilin “Orxan, Vəfa və Babək”, Rafiq Yusifoğlunun “Ana Dilim”, Ələmdar Quluzadənin “Navalça”, Gülzar İbrahimovanın “Dəniz balası”, Solmaz Amanovanın “Turac”, Reyhan Yusifqızının “Hamıdan qəşəng”, Sevinc Nuruqızının “ Babək”, Qəşəm İsabəylinin “Elnur, Əkil və onların başına gələnlər”, Aygün Bünyadzadənin “Üç nağıl” və digər maraqlı kitablardan yararlanacaqlar.

Aşağıdakı keçid vasitəsilə virtual sərgi ilə yaxından tanış ola bilərsiniz: 

https://www.clb.az/sevimli-kitablarmz_d3141.html

Baxış sayı: 266