Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində Azərbaycanın Xalq rəssamları Oqtay Sadıqzadə və Elmira Şahtaxtinskayanın ailəsində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil alıb. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.
Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilib.
Azərbaycan Sənətçilər Birliyinin və Bakı İncəsənət Mərkəzinin üzvü olan Sadıqzadə Fransa, ABŞ, Türkiyə, Almaniya, İtaliya, Böyük Britaniya, Avstriya və Rusiyada çoxsaylı qrup sərgilərində iştirak edib, İstanbul və Pekindəki fərdi sərgiləri ilə yanaşı, həm də ABŞ, Fransa, və Azərbaycan da daxil olmaqla dünyanın dörd bir yanında fərdi sərgilər keçirib. Onun işləri Azərbaycan, Belçika, Almaniya, Fransa, İran, İsrail, Norveç, Rusiya, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq və ABŞ-da institusional və şəxsi kolleksiyalarda saxlanılır. 2007-ci ildə o, Parisin Pompidou Mərkəzindəki Flammarion Kitab Mağazası Mərkəzində öz işlərindən ibarət “Rəsm və Eskiz” adlı monoqrafiyasını təqdim edib.
Rəssamın əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotesklik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir.
Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, təzad xasdır. Rəssamın əsərləri Fransanın "Palais de Pap" və "D'Orange", ABŞ-ın "Van Droff" qalereyalarında, həmçinin Rusiya, Türkiyə, İspaniya, İran, İsrail, Almaniya, Polşada nümayiş etdirilib. Əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanır. Ekspozisiyada rəssamın kətan üzərində yağlı boya ilə işlədiyi "Aparatos-3" və quş uçuşunu seyr edən, qırmızı rənglə boyanmış metaldan hazırladığı "Quş uçuşunu seyr edən" dekorativ heykəli nümayiş olunur.
Bakıda o, 2008-2009-cu illərdə hələ başlanğıcı qoyularkən dizayn etdiyi Müasir İncəsənət Muzeyinin (MİM) direktorudur. 2011-ci ildə onun işi Venesiya Bienalında Azərbaycan Milli Pavilyonuna daxil edilib. O, MİM-dəki kurator fəaliyyəti ilə yanaşı, geniş şəkildə işlərini sərgiləməyə davam edir.
Muzeyin daxili məkanı avanqard üslubda işlənib – maili divarlar, qapı və künclərin olmaması – bütün bunların hamısı muzeyin binasını, özlüyündə incəsənəti və orada saxlanan incəsənət əsərlərini canlı orqanizmdə birləşdirməyə imkan verib. Muzeydə rəssamın metal konstruksiyalardan heykəlləri, onun instalyasiya və yağlı boyalarla çəkilən şəkilləri təqdim olunub.
Fərqli yönlərdə çalışmağına baxmayaraq, Altay Sadıqzadə xüsusən konseptual və özünəməxsus estetikası ilə qovuşdurduğu rəssamlıq və heykəltəraşlığına görə tanınır. Onun işləri abstrakt və canlıdır, karikatura və qrafik incəsənətdən də təsirlənir və bu təsirlər onun rəsmlərinin əyilmiş və şişirdilmiş subyektləri üzərində hiss olunur. Öz işlərində o, gündəlik həyatın sürreal təsvirlərini yaradır, şkaladan yumorunu vurğulamaq üçün istifadə edir. Onun işləri optimizmlə doludur, heykəlləri və instalyasiyaları isə izləyiciləri onun daxili dünyasına dəvət edir. Altay çoxsaylı səyahətlərindən ilhamlanır və onun işləri müxtəlif coğrafiyaları, habelə fərqli incəsənət hərəkatlarından olan təsirlənmələrini ehtiva edir, hansı ki, bütün bunlar ona öz yeni vizual dilini formalaşdırmağa kömək edir. Heykəltəraşlıq işlərində o, öz abstrakt fiqurlarını 3 ölçülü etmək üçün metal kimi materiallardan istifadə edir, konseptual işinə dərinlik qatır. 2011-ci ildə Azərbaycan Milli Pavilyonuna etdiyi qatqısı daha sakit rəsmlərin kolleksiyasından ibarət idi. Burada o, sürreal mənzərələrin axtarışına davam edir, amma bu dəfə onları mavi, qara və bozun boğuq və pərişan çalarlarında axtararaq, işlərin yuxuyabənzər tərəfini vurğulayır. Dünyanın dörd bir yerində işlərini sərgiləmiş Sadıqzadənin işlərini seyr etmək üçün Azərbaycanda ən yaxşı yer MİM-dir, burada onun işi Azərbaycanın müasir incəsənət tarixi hekayəsini birləşdirən ip rolunu oynayır. Onun, həmçinin İçərişəhərdə “Mayak 13” adlı kafesi mövcuddur, burada onun heykəltəraşlıq işləri və dəniz kənarından ilhamlanmış şıltaq rəsmləri yer alır. Kurator olaraq o, Bakı MİM-nin kolleksiyasını formalaşdıraraq 20-ci əsr Azərbaycan incəsənətinin ən önəmli nümunələrini burada nümayiş etdirir, həmçinin kolleksiyaya yeni işlər əlavə edərək onu ən müasir dövrlə ayaqlaşabilən vəziyyətdə saxlayır və Azərbaycan incəsənət icmasının geniş istedadını şöhrətləndirir.





- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib