XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan SSR Əməkdar rəssamı Nadir Zeynalovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/03/2023 00:19

Nadir Əlimuxtar oğlu Zeynalov 27 avqust 1928-ci ildə Bakıda anadan olub. 1943-1949-cu illərdə Azərbaycan rəssamlıq məktəbində təhsil alıb. 1949-1955-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi fəaliyyətə başlayıb. Burada rəssam kimi 40-a yaxın filmin yaradılmasında iştirak edib. İlk rəngli Azərbaycan bədii filminin quruluşçu rəssamı olub.

Nadir Zeynalov 23 dekabr 1976-cı ildə "Azərbaycan SSR Əməkdar rəssamı" fəxri adına layiq görülüb 16 mart 1987-ci ildə vəfat edib.

Baxış sayı: 327