XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan SSR Əməkdar artisti, kaman ustası və pedaqoq Tələt Bakıxanovun anadan olmasının 85 illik yubileyidir
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2022 01:00

Tələt Soltan oğlu Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olub. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olub. 1945-47-ci illərdə teatr texnikumunu bitirib, 1947-49- cu illərdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs alıb. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olub.

Bir sıra xarici ölkələrdə, o cümlədən Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya və s. qastrol səfərlərində olub, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət edib. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınıb.

Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olub. 1970-1980-ci illərdə Səmərqənddə keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarının iştirakçısı olub, B.Mansurov, C.Əkbərov, A.Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil edib. Tələt Bakıxanov 1988-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıb.

Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Baxış sayı: 404