XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikasının Xalq artisti Solmaz Qurbanova
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2021 01:37

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Solmaz Cəbrayıl qızı Qurbanova 1939-cu il noyabrın 13-də Bakıda anadan olub.

Sənətə 1955-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S.Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb. Onun Qavroş (V.Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M.Minçkovski), Rəcəb ("Anacan", Y.Əzimzadə ), Petya ("İnqilab naminə", M.Şatrov), Kamal ("Sehrli yaylıq", K.Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U.Şekspir), Kraliça ("İki ağanın bir nökəri", K.Qoldoni), Cemma ("Ovod", E.Voyniç), Flavio ("Sükut divarı", P.Missini), Yaqut ("Məlikməmməd", Ə.Abbasov), Paşa xala ("Unutmayın", Y.Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q.Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ.Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır.

Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda dünyasını dəyişib.

Baxış sayı: 303