Zamiq Balarza oğlu Əliyev 1950-ci il may ayının 25-də Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 nömrəli tam orta məktəbə gedib. Məktəbi bitirdikdən sonra, 1968-1972-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunub. İnstitutu bitirdikdən və 1972-1973-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlayıb.
1974-cü ildən etibarən Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında tarzən kimi fəaliyyətə başlayıb. Bu kollektivin tərkibində bir neçə xarici dövlətlərdə, Suriya, Livan, Əlcəzair və s. qastrol səfərlərində olub.
Uzun illər SSRİ Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında musiqi rəhbəri kimi çalışıb. Bu illər ərzində ABŞ, Kanada, Hollandiya, Əfqanıstan, İspaniya, Yəmən, Tunis, Danimarka, Türkiyə, İraq və bir çox başqa xarici ölkələrdə qastrol səfərlərində olub. 1991-ci ildən muğam üçlüyü tərkibində Fransa, Belçika, Hollandiya, ABŞ, Kanada, İran, Cənubi Koreya kimi ölkələrdə mötəbər musiqi festivallarında müvəffəqiyyətlə çıxış edib.
Yetirməsi Simarə İmanova və kamança ifaçısı Ədalət Vəzirov ilə birlikdə 1997-ci ildə Səmərqənddə birinci "Şərq təranələri" festivalında "Qran-Pri" mükafatına layiq görülüb. O, 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "İnstrumental ifaçılıq" kafedrasında pedaqoji fəaliyyət göstərir və bir çox gənclərin tarzən kimi püxtələşməsində öz əməyini əsirgəmir. 2000-ci ildən kafedranın baş müəllimi, daha sonra (2003) dosenti olub. Hal-hazırda isə həmin kafedranın professorudur. Zamiq Əliyev həm də bir çox tanınmış şairlərin şeirlərinə olan mahnıların müəllifidir.
2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzində Z.Əliyevin 60 illik yubileyi, yaradıcılığının isə 40 illiyi təntənəli şəkildə qeyd olunub. Z.Əliyev 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Respublikanın Əməkdar artisti", 2007-ci ildə isə "Respublikanın Xalq artisti" adlarına layiq görülüb.
2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
- 22:14 “Şanlı Zəfər tariximiz” adlı konsert keçirilib
- 16:14 Prezident Kitabxanasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
- 15:36 “44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
- 14:07 Minlərlə insanın toxuduğu Qarabağ “Çələbi” xalçası Şuşa Xalça muzeyinə təhvil verilib
- 13:26 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi Zəfər Gününə həsr olunmuş konsertdə çıxış edib
- 12:18 Milli Kitabxanada Şuşa Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb
- 10:46 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar keçirilib
- 09:19 “İki Qəlbin Avazında” – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 16:36 "Qalib Azərbaycanım" adlı bayram tədbiri keçirilib
- 15:08 Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılışı olub
- 12:44 “Mən orada idim” kitabının təqdimatı keçirilib
- 11:39 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
- 09:25 Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb
- 09:18 “İRS-Heritage” jurnalının ingilis dilində növbəti sayı işıq üzü görüb
- 09:12 Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub
- 16:51 “Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirilib
- 16:20 Səma Muğannanın “Həyatımdan parçalar” adlı yeni kitabının təqdimatı keçirilib
- 15:51 Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub
- 15:45 “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib
- 15:06 "Güc birlikdədir" adlı konsert keçirilib
- 14:36 “Həqiqətin gözü” – Antalyada Reza Deqatinin yarıməsrlik sənət yolunun təqdimatı
- 11:38 “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisi keçirilib
- 11:25 "Zəfər günümüz, qürur günümüz" adlı şeir müsabiqəsi keçirilib
- 09:05 Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub
- 15:58 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu”
- 12:30 Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 10:53 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:21 Azərbaycan incəsənət nümayəndələrinin Antalyada konsert proqramı keçirilib
- 10:09 Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub
- 08:58 UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib
- 08:55 Azərbaycanın gənc vokalçıları Tbilisidə keçiriləcək beynəlxalq müsabiqəyə dəvət olunub
- 14:09 Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza yaradılıb
- 12:11 Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçirilir
- 11:08 Bəstəkar Cahangir Zülfüqarovun anadan olmasının 70 illiyinə həsr olunmuş müəllif konserti keçirilib
- 09:41 Maştağa qəsəbəsində Məmmədbağır Bağırzadə yad edilib
- 09:24 Ankarada Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
- 17:24 Yasamal rayon Heydər Əliyev Mərkəzində film nümayiş olunub
- 16:53 “Unudulmayan şəhidim” adlı tədbir keçirilib
- 16:26 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 14:23 Mədəniyyət naziri Adil Kərimli Xızı şəhərində vətəndaşları qəbul edib
- 14:18 Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi baş tutub
- 11:30 Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı birinci elmi-praktik konfrans keçirilib
- 09:18 Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
- 09:10 Azərbaycan və TİKA arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- 16:43 “Qarabağ -Zəfər tariximiz” adlı tədbir keçirilib
- 16:04 Kitabxanada görüş keçirilib
- 15:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib
- 14:59 “Yuxu” filmi nümayiş olunub
- 11:18 “Sən ki, ölməmisən, sağsan şəhidim” adlı söhbət keçirilib
- 09:17 “ХХ Baku Jazz Festival” çərçivəsində “Çikaqo” müziklinin premyerası olub
- 17:30 “Suverenliyimiz əbədidir” mövzusunda açıq dərs keçirilib
- 16:00 Azərbaycan Brüsseldə beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 14:20 Bakıda “Uşaq İncəsənət Festivalı 2025”in final mərhələsi üzrə dinləmələr davam edir
- 09:08 ХХ Bakı Caz Festivalı çərçivəsində gənc musiqiçilərin konserti keçirilib
- 15:13 Türk ölkələri kinematoqrafçıları birləşir
- 14:35 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 11:49 “Yaşıl çəmən” ekran əsəri qısa film laboratoriyasının ikinci mərhələsinə seçilib
- 11:26 “Yaddaş sarayları” sənədli filminin dünya premyerası reallaşıb
- 09:03 “Füyuzat” jurnalının 145-ci nömrəsi işıq üzü görüb
- 16:09 “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunur