
Arif Hacıağa oğlu Babayev 1928-ci il sentyabrın 24-də İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı Qəsr küçəsində anadan olub. İçərişəhərin yazılmayan qayda-qanunları altında böyüyüb. Yaşıdları ilə top qovub, bəzi tay-tuşlarına qoşularaq dram dərnəklərinə gedib. Hadisələrin sonrakı gedişi sübut edib ki, Arifdə teatra, sənətə maraq heç də ötəri deyilmiş. Teatr texnikumuna daxil olan Arif peşəkar səhnəyə çox erkən yaşlarında çıxıb. Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan böyük aktyorumuz Ağadadaş Qurbanov rejissor kimi quruluş verdiyi "İbrət" tamaşasında Arifə epizodik rol tapşırır. Moskvada təhsil alan ilk milli teatr rejissorlarımızdan sayılan Ağaəli Dadaşov da gənc oğlana kiçik rollar etibar edir. Arif Babayev "Məlikməmməd", "Qaraca qız" tamaşalarında epizodik rollar oynayır.
1946-cı ildə Arifin həyatında mühüm hadisə baş verir. Azərbaycan Dövlət Teatr İnstitutu teatr texnikumunun bazası əsasında formalaşdırıldığından Arif Babayev də mexaniki olaraq bu ali məktəbin tələbəsi sayılır və görkəmli pedaqoq, rejissor və aktyor Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi onu da nəzərə alır. Arif Qorodniçi obrazını oynayır. 1953-cü ildə Teatr İnstitutundan rejissorluq diplomu qazanan A.Babayev Naxçıvan teatrına göndərilir. Gənc rejissor həmin teatrın səhnəsində Qoqolun "Evlənmə" pyesinə quruluş verir. Qısa müddətdən sonra Bakıya qayıdaraq səhnəsində ayaq izləri olan Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə düzəlir.
1956-cı il fevralın 14-də milli televiziyamız ilk verilişləri ilə efirə çıxır. Çox keçmir ki, Arif Babayevin teatrdakı karyerası başa çatır. Onu yeni yaranan televiziyaya işə dəvət edirlər. Televiziya rejissoru kimi öz istedadını sübut etmək üçün Arifə o qədər də çox vaxt lazım olmur. 1959-cu ildə onu televiziyanın baş rejissoru təyin edirlər. Bu illər ərzində "Bizim şəhərin uşaqları", "Respublika haqqında hekayət", "Biz arzulayanlar nəslindənik" sənədli filmlərini çəkir, Musa Cəlilin "Moabit dəftəri", Taras Şevçenkonun "Kor qadın", Rəsul Rzanın "Qanun", Mehdi Hüseynin "Səhər" əsərləri əsasında canlı televiziya tamaşaları hazırlayır. Bu arada onu Moskvaya ezam edirlər. Mərkəzi televiziyada çalışanlara əsl televiziya rejissorunun necə olmasını göstərən Arif Babayev "Rejissor pultunun Paqaninisi" titulunu alaraq yenidən Bakıya dönür.
Arif Babayev 1964-cü ildə ilk rəsmi mükafatını alır. “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən ilk televiziya işçisi kimi tarixə düşür.
1964-cü ildən Arif Babayevin həyatının növbəti dövrü başlayır. "Azərbaycanfilm" Kinostudiyasına dəvət alan Arif müəllim televiziyanı kinoya dəyişir. Onun bu addımından milli televiziyamız nə qədər uduzursa, kinomuz bir o qədər qazanır.
Arif isə illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatır. Uşaq yaşlarından kinoteatrlarda filmlərə baxmaqdan doymayan, bu sənət barədə yazılan kitabları, qəzet materiallarını oxumaqdan usanmayan, "kino", "panorama", "nayezd", "otyezd" kəlmələri dilindən düşməyən Arifə "Motor!" komandası vermək, çəkiliş meydançasının hakimi mütləqinə çevrilmək qismət olur.
İmran Qasımovun ssenarisi ilə lentə alınan "Kimi daha çox sevirik?" almanaxına daxil olan "Zirvə" adlı qısametrajlı bədii filmi sənət zirvəsi sayılmasa da, Arif Babayevin kinoda ilk işi kimi tarixə düşür. "Zirvə" A.Babayevin Azərbaycan kinosuna bəxş etdiyi 9 filmin ilkidi.
"İnsan məskən salır" (1966), ssenari müəllifi İmran Qasımov; "Uşaqlığın son gecəsi" (1970), ssenari müəllifi Maqsud İbrahimbəyov; "Gün keçdi" (1972), ssenari müəllifi Anar; "Ömrün ilk saatı" (1975), ssenari müəllifi Ramiz Fətəliyev; "Alma almaya bənzər" (1976), ssenari müəllifi Alla Axundova; "Arxadan vurulan zərbə" (1978), ssenari müəllifi Elçin; "Bizi bağışlayın" (1980), ssenari müəllifi Yuri Bondarev; "Birisigün, gecəyarısı" (1981), ssenari müəllifləri R.Fətəliyev, M.Avdıyev və A.Donets filmləri “insan və zaman”, “şəxsiyyət və cəmiyyət” mövzularına həyat həqiqətləri prizmasından yanaşması ilə milli kinomuzun incilərindən sayılır. Bu filmlərdə qəhrəman onu əhatə edən mühitlə, mənzərə və musiqi ilə həmahəngdir. Filmlərin tamaşaçıya yaxınlaşdıran, onun qısa müddətdə bir müstəvidən başqasına keçidini təmin edən və özünü xəyallarının qəhrəmanına çevirən də məhz rejissorun yüksək bədii zövqünün və yaradıcı heyətlə ümumi ansamblda işləyərək bədii möcüzə yaratmaq bacarığından irəli gəlir.
Cəmi 54 il yaşamağa gücü çatan Arif Babayev 9 film çəkə bilib. Kinodakı xidmətlərinə görə, respublika dövlət mükafatı laureatı olub, sonuncu filmi - "Birsigün, gecəyarısı" ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırıb. Bu mükafatı alan ilk azərbaycanlı rejissor kimi tarixə düşüb. Amma bütün böyük rejissorlar kimi Arif Babayev də təltifləri, aldığı, ala biləcəyi mükafatlarla deyil, çəkdiyi ekran əsərləri ilə yadda qalıb. "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Arxadan zərbə" filmləri onun necə bir böyük istedad sahibi olduğunu sübut edib. O bu filmlərlə milli kinomuza öz möhürünü vurub. Maraqlıdı ki, sovet dövrünün rəsmi və qeyri-rəsmi qaydalarına görə, əlində Moskvada ali kinorejissor təhsili aldığını sübut edən diplom alanlar film çəkmək üçün illərlə növbə gözlədiyi halda, Arif Babayev üçün hər iki-üç ildən bir "yaşıl işıq" yanıb. Ondan ali kinorejissorluq təhsili barədə sənəd tələb etməyə heç kimin cürəti çatmayıb. Arif Babayev istehsalat filmi çəkəndə, o dövrün terminləri ilə desək zəhmət adamlarının həyatını ekrana gətirəndə ("İnsan məskən salır"), detektiv əsəri ekranlaşdıranda da ("Arxadan zərbə"), çekistlərin həyatından bəhs edən filmə quruluş verəndə də ("Birisigün gecəyarısı") əsl istedad sahibi olduğunu sübut edə bilib.
İçərişəhərdə doğulan, İçərişəhər sevgisini son nəfəsinə qədər ürəyində gəzdirən Arif Babayev milli kinomuzda İçərişəhərin tərənnümçüsü, poetik kinonun yaradıcısı sayılır.
Arif Babayev 1983-cü il avqustun 26-da həyatdan köçür, avqustun 27-də torpağa tapşırılır.
Etibar Cəbrayıloğlu


- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
- 09:22 “Konstitusiya və Suverenlik İli” münasibətilə Qazaxıstanın Aktau şəhərində konsert təşkil olunub
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib