XƏBƏRLƏR
MƏLUMAT
Animasiya filmlərinə öz imzasını atmış məşhur rejissor Bəhmən Əliyev
ÜMÜMİ XƏBƏRLƏR
24/12/2021 00:42

Tanınmış rejissor və rəssam Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb.

"Bakılı" press-avtomatı” (1967), “"Koroğlu" dənizdə” (1966), “Balaca çoban” (1985), “Böyük bostan” (1965), “Camışçılıq” (1966) filmlərinin, “Cırtdan” (1969), “Cırtdan və div” (1983), “Cırtdan-"pəhləvan"” (1981), “Cırtdanın yeni sərgüzəşti” (1973), “Cücələrim” (1980), “Dəniz səyahəti” (1992), “Əndazədən çıxanda” (1988), “Fitnə” (1970), “Humayın yuxusu” (1985)  və s. animasiya filmlərinin quruluşçu rejissoru və quruluşçu rəssamı olub.

Tanınmış rejissor Bəhmən Əliyev 24 dekabr 1993-cü idə vəfat edib.

Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb.

Baxış sayı: 279