XƏBƏRLƏR
MƏLUMAT
6 iyul Valeh Bərşadlının doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2019 17:03

Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində  dünyaya gəlib.14 yaşında könüllü hərbi xidmətə gedib,18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriyası Məktəbi) bitirib. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır.

Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olub.1992-ci ildə tutduğu vəzifədən istefa verib.

Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət edib, tağım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin komandan müavinliyinə qədər yüksəlib. 15 may 1999-cu ildə vəfat edib və məzarı Fəxri Xiyabanda yerləşir.

Baxış sayı: 1436