XƏBƏRLƏR
MƏLUMAT
22 nömrəli uşaq musiqi məktəbin şagirdi Ayan Camalzadə “American edition” Beynəlxalq müsabiqəsinin birincisidir
ÜMÜMİ XƏBƏRLƏR
13/01/2022 01:47

Yanvarın 10-da Amerika Birləşmiş Ştatlarında "American edition" onlayn Beynəlxalq Müsabiqəsi keçirilib.

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin III sinif şagirdi Ayan Camalzadə uğurla iştirak edərək (müəllim: Dilrubə Abdurəhmanova) “İnstrumental” nominasiyasında I yaş kateqoriyası üzrə (9 yaşa kimi uşaqlar arasında) I yerə layiq görülüb.

Gənc istedadı və onun müəllimini qələbə münasibəti ilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Baxış sayı: 345