Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May - Qələbə Gününə həsr olunmuş “Qələbəyə doğru!” onlayn Festival-Müsabiqənin keçirilməsini elan edir.
Müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin böyük səhnəyə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensiallarının yüksəldilməsdir.