XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərə aparan yolun qəhrəmanları” - Süleyman Allahverdiyev
ÜMÜMİ XƏBƏRLƏR
22/09/2023 00:24

Süleyman Allahverdiyev 1996-cı il sentyabrın 22-də Bərdə rayonunda anadan olub. Əslən Ağdam rayonunun Xıdırlı kəndindəndir.

2002-ci ildə Bərdə rayonunda yerləşən Ağdam 67 saylı köçkün məktəbinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib. Hərbi xidmətə yola düşüb. Aprel döyüşlərində iştirak edib.

Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Süleyman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Süleyman Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Baxış sayı: 218