XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində mükafatlandırma mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2023 07:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turnirinin, “Heydər Əliyev-elm və təhsilin himayədarı” adlı inşa-yazı müsabiqəsinin, “Əsrin  dahisi-Heydər Əliyev” adlı rəsm müsabiqəsinin, və “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsi qaliblərinin mükafatlandırma  mərasimi keçirilib.

Qonaqlar ilk öncə Mərkəzin Muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, əziz xatirəsini yad ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Sonra dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin 100-cü  ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi  irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsindən danışılıb.

Sonda Mərkəz tərəfindən müsabiqə qaliblərinə Diplom və Təşəkkürnamə təqdim edilib.

Baxış sayı: 368