XƏBƏRLƏR
MƏLUMAT
“Yalama” və “Kolleksioner” kitablarının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/11/2023 10:43

IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Arif Əliyevin “Yalama”, Elayın isə “Kolleksioner” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, II Kitabqurdu Payız Oxu Marafonunun müəllifləri olan Arif Əliyev və Elay kitabları haqqında oxuculara məlumat veriblər.

Görüş oxucuların sual-cavab formatında davam edib.

Bildirilib ki, hər iki kitab marafon çərçivəsində oxunmalı olan 8 kitaba daxildir. Oxucular 3 ay ərzində 8 kitab oxuyaraq 3000 manat qazanmaq imkanı haqqında da məlumat əldə ediblər.

Baxış sayı: 128