XƏBƏRLƏR
MƏLUMAT
“Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
10/12/2024 11:03

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Dünya yaddaşı irsi kitabxanası – 1” seriyasına daxil olan, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin ideya və ön söz müəllifi olduğu “Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a verilən məlumata görə, kitaba Azərbaycan şairi, ictimai xadim və rəssam Xurşidbanu Natəvanın (1832-1897) “Gül dəftəri” adlı albomu daxil edilib. Albomdakı rəsmlərlə yanaşı, şeirlər və müxtəlif qeydlər həm orijinal şəkildə, həm də tərcümə və transfoneliterasiya edilərək oxucuların ixtiyarına verilib. Kitabda Xurşidbanu Natəvanın özünün və yaxınlarının fotoları, şəxsi əşyası, o cümlədən bədii tikmələri və digər əl işləri, Natəvana həsr olunmuş təsviri sənət əsərləri (rəsmlər, heykəltaraşlıq nümunələri) və s. də əks olunub.

Qeyd edək ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M-117 şifrəsi altında mühafizə olunan “Gül dəftəri” 2023-cü ildə UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə daxil edilib.

Baxış sayı: 104