
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. Bildirib ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyidir (ARKA): “Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edirəm. Bizim Kino Agentliyinə ümidlərimiz çoxdur. İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyətidir. Filmlərin seçilməsində münsiflər heyətinin böyük əməyi var. Buna görə münsiflər heyətinə təşəkkür edirəm. Altı gün boyunca hər gün saat 11-dən axşama kimi salonlarımız dolu olub. Düşünürəm ki, növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq”.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu festivala fəaliyyətində uğurlar arzulayıb və qalibləri təbrik edib. “Bu gün burada ARKA işçilərindən mükafat alanlar var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir. Kinematoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz Mədəniyyət Nazirliyi, Kino Agentliyi heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək olmaqda maraqlıyıq”, – deyə Orxan Fikrətoğlu bildirib.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Beynəlxalq müsabiqədə “Ən yaxşı animasiya” nominasiyasında “Fabuladakı canavar” animasiya filmi (rejissorlar Vuk Palibrk və Tanja Brzakovic. Serbiya), “Ən yaxşı sənədli film” nominasiyasında “Qalina Petrovna” filmi (rejissor Nikita Lovetski, Qırğızıstan), “Ən yaxşı bədii film” nominasiyasında “Heç biri” ekran əsəri (rejissor Patrisio Martines və Fransisko Kanton, Argentina) mükafata layiq görülüb.
Yerli müsabiqədə isə “Ən yaxşı bədii film” nominasiyasında “Salam İsa” (rejissor Səməd Ağayev), “Ən yaxşı sənədli film” nominasiyasında “Sabahın xeyir, Sübh anası” (rejissor Kürçaylı Məmmədov), “Ən yaxşı rejissor” nominasiyasında “Nəfəs” (rejissor Elmar Bayramov), “Ən yaxşı ssenari” nominasiyasında “Qütb ulduzu” (rejissor Şirin Əhmədov) filmləri mükafatlandırılıb.
Sonda “Ən yaxşı bədii film” nominasiyası üzrə “Qızıl nar” mükafatı almış Səməd Ağayevin “Salam, İsa” filmi nümayiş olunub.





- 12:16 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 12:09 Firəngiz Əlizadə musiqisi yenə də dünya meridianlarında
- 12:04 Xalq artisti Arif Məlikovun 90 illik yubileyi ilə əlaqədar mühazirə-konsert keçirilib
- 11:55 “İçərişəhər” Qoruğu İdarəsi ilə Özbəkistanın “İçan-Qala” Dövlət Muzey Qoruğu arasında əməkdaşlıq protokolu imzalanıb
- 10:28 Bu gün Xalq artisti Həsənağa Salayevin doğum günüdür
- 10:24 Kitabxanada “Nağıllar aləminə səyahət” layihəsi davam edir
- 09:34 Qazaxıstanlı nazir: Azərbaycanla mədəni yaxınlıq quruculuq fəaliyyətini gücləndirməyə imkan verir
- 09:29 Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anım günüdür
- 09:26 Heydər Əliyev Mərkəzində Qazaxıstan rəssamlarının əsərlərindən ibarət sərgi
- 09:13 Bakı Kitab Mərkəzində litvalı hərbi jurnalist Riçardas Lapaitislə görüş
- 17:20 “Gəl, Yarat!” Yaradıcılıq üzrə marafonun qalibləri müəyyən olunub
- 15:34 Azərbaycan Latviyada keçirilən xeyriyyə tədbirində təmsil olunub
- 14:21 Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
- 13:03 Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib
- 11:25 Türk Dünyasının Yumor Festivalı keçirilib
- 10:04 Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub
- 09:54 Muzey Mərkəzdə “Rənglərdə yaşayan ömür” adlı sərgi açılıb
- 09:46 Filarmoniyada Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib
- 09:36 Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub
- 09:30 Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində Qaragöz tamaşası nümayiş olunub
- 17:02 Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
- 16:42 Vyanada Aşıq Şəmşirin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib
- 16:11 S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 15:19 Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi qeyd edilib
- 15:15 "F.Əmirovun əsərlərini ifa və təhlil edirik" adlı VIII Elmi-İfaçılıq konfransı keçirilib
- 14:45 Xalq rəssamı Fərhad Xəlilovun yeni sərgisi - “Yerlə göy arasında”
- 14:36 Milli Kitabxanada “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi hazırlanıb
- 14:19 Xalq artisti Mirzə Babayevin 110 illiyinə həsr edilmiş konsert keçirilib
- 14:16 QİÇS-lə Mübarizə Günü ilə bağlı biblioqrafik icmal istifadəçilərə təqdim edilib
- 14:12 “İçərişəhərin həyatı” adlı fotosərgi açılıb
- 11:02 Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub
- 09:34 Azərbaycanın Xalq şairi, unudulmaz şəxsiyyət Məmməd Arazın anım günüdür
- 09:16 "Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
- 17:57 Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında ƏSASNAMƏ
- 17:41 “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- 17:22 “Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunub
- 17:18 “Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
- 16:46 “İpək incəsənəti” layihəsinin təqdimatı olub
- 16:14 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam etdirilir
- 16:06 Əməkdar artisti Əyyub Quliyev beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunub
- 16:00 Milli Kitabxanada “Şərq qadını jurnalı – 100” adlı sərgi açılıb
- 15:03 Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
- 14:55 Bakı Şəhər Xalq Teatrları Festivalının mükafatlandırılma mərasimi keçirilib
- 11:32 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
- 10:15 “Türk dünyası animasiya şəbəkəsinin qurulması” mövzusunda dəyirmi masa keçirilib
- 10:13 Apellyasiya Komissiyasının iclası yekunlaşdı
- 09:48 “A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
- 09:42 Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olundu
- 09:31 Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
- 09:26 “Sən hələ uşaqsan” bədii filminin təqdimatı olub
- 09:20 Azərbaycan filmi “Moskva premyerası”nda mükafat alıb
- 16:42 “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanının təqdimatı keçiriləcək
- 16:36 Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
- 16:30 Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
- 15:02 Azərbaycanın ilk süni intellekt sənətçisi – “Şuşa xanım”
- 14:33 Bakıdakı Rus evində Fərəc Qarayevin yaradıcılıq axşamı keçirilib
- 12:42 Gənclər Kitabxanasında Xalq rəssamı Tahir Salahovun 95 illiyi ilə əlaqədar virtual sərgi hazırlanıb
- 12:35 Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
- 12:32 “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir
- 12:21 Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları