XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr edilmiş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2024 18:49

İyulun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin  ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr edilmiş konsert keçirilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə rəsmilər, Milli Müdafiə Universitetinin kursantları,  şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ifaları ilə davam etdirilib.

 

 

Baxış sayı: 211