XƏBƏRLƏR
MƏLUMAT
“Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda akademik seminar keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2023 01:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və YAP Qaradağ Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz”  mövzusunda akademik seminar keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara ümumilli liderin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

“Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda məruzə ilə çıxış edənlər bildiriblər ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf xətti zəngin türk tarixinə əsaslanır və tarixi varislik, dil, adət və ənənələrin qorunması, mədəni irsimizə sadiqlik kimi prinsiplərə söykənir və bu dəyərlərin qorunmasında və inkişafında ziyalıların xüsusi rolunu dərindən dərk edən ümummilli lider, onların yaradıcılığının inkişafına lazımi şərait yaratmaqla yanaşı, həmin şəxslərin repressiyalardan qorunmasına da xüsusi diqqət yetirib. Məhz bu diqqət və qayğı nəticəsində həmin ziyalılar tərəfindən yaradılmış xalqımızın milli-mədəni irsi lazımi səviyyədə qorunaraq gələcək nəsillərə çatdırılmaqdadır.

Daha sonra mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən akademik seminar barədə öz təəssüratlarını bölüşüblər.

Baxış sayı: 270