Kino elə bir aləmdir ki, insanı həm güldürür, həm düşündürür, hər gün qarşılaşdığımız, gözümüzdə adiləşən hadisələri, insanları bizə başqa rakursdan təqdim edən, onların qeyri-adiliyini və unikallığını təcəssüm etdirən incəsənət növüdür.
Qısa müddət ərzində gördüklərimiz, bəzən birnəfəsə, gözümüzü belə çəkmədən izlədiyimiz bədii, sənədli ekran əsərlərini bizə çatdıran isə həyat həqiqətlərinə bəzən realist, bəzən müdrik və uzaqgörənliklə kameranın gözlüyündən görərək kinolentə köçürən böyük yaradıcı heyət və onu idarə edən kinorejissor çatdırır. Kinorejissor həm də ssenarist olanda isə bu iş xüsusilə çətinləşir, nəticə isə daha məzmunlu və dərin olur.
Haqqında söhbət açdığımız kinorejissor Cahangir Zeynallının yaradıcılığı dediklərimizin canlı təcəssümüdür. Gəlin, qəhrəmanımızla yaxından tanış olaq.
Kinorejissor Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakı şəhərində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). Təhsilini başa vurduqdan sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Qırxa yaxın sənədli və bir bədii film çəkib.
Rejissorun filmoqrafiyasına nəzər salsaq, mövzu müxtəlifliyinin şahidi olarıq: “Şəfa nöqtələri” (1977), “Sirk mənim həyatımdır” (1978), “Dostlar görüşəndə” (1980), “Neft çağırır”(1980), “Son söz” (1981), “Arzuya doğru” (1983), “Şeir mənim üçün bir kainatdır” (1984), “Əbədi iz” (1985), “Fikrət Əmirov” (1985), “Əbədiyyət yolu” (1987), “Sumqayıt yenidənqurma yolu ilə” (1987), “20 Yanvar” (1990), “Qobustan” (1991), “Azəreloktromaş” (1992), “Qaçqınlar” (1994), “Əsrin kontaktı”(1996), “Firəngiz Əlizadə. Lüsern-99” (1999) və s. quruluş verib.
Mövzular müxtəlif olsa da onları birləşdirən bir ana xətt var – bu isə Vətənə bağlılıq, Azərbaycanın tarixi keçmişini, milli mədəniyyətimizin dünya mədəni irsində rolunu, tutduğu mövqeyindən, yaşam tərzindən, dini görüşlərindən asılı olmayaraq Azərbaycan vətəndaşının əzmini nümayiş etdirməkdir. Bu filmlər həmçini əks etdirdiyi mövzuya müxtəlif yöndən yanaşmaları ilə fərqlənir. Bir tərəfdən Azərbaycanın təbii sərvətləri, neftçilərimizin gərrgin zəhməti, Sumqayıtda kimyaçılarımızın, metallurqlarımızın əldə etdikləri nailiyyətlər, digər tərəfdən isə sənayenin inkişafı ilə təbii ehtiyatlardan səmərəsiz istifadə, ekoloji fəsadları əks etdirən kadrların bir-birini əvəzləməsi, tamaşaçıya quruculuğun, davamlı inkişafın iqtisadiyyatla ekologiyanın paralel inkifanının təmin olunmasından qaynaqlandığı ismarıcını verir və onu ətraf aləmə düşünərək, qayğı ilə yanaşmağa sövq edir.
Əməkdar incəsənət xadimi Cahangir Zeynallının bütün filmləri plakatdır. İşıqlandırdığı mövzudan asılı olmayaraq, hər biri tamaşaçıya və cəmiyyətə bir çağırışdır. Bu müraciətin əsasını isə Vətən sevgisi, dostu düşməndən ayırmaq niyyəti, insanpərvərlik və qayğıkeşlik durur. Ölkəmizin hüdudlatından kənarda başımıza gələn faciələri və müstəqillik uğrunda mübarizəmizi əks etdirən “20 Yanvar” və “Qaçqınlar” filmləri bədii-estetik dəyəri, ağır, çətin şəraitdə çəkilməsinə baxmayaraq yüksək peşəkar rejissor həlli ilə fərqlənirlər.
“Qobustan” (1991), “Fikrət Əmirov” (1985), “Firəngiz Əlizadə. Lüsern-99” (1999) və s. filmlər isə Azərbaycanın tarixi keçmişini və onu əsərlərində yaşadaraq ona müasir musiqi çalarları qataraq dünyaya tanıdan, yaratdıqları milli musiqi irsimizin incilərinə çevrilən və ölkəmizi onun hüdudlarından kənarda tanıdaraq sevdirən, Azərbaycan adına ayaq üstə gurultulu alqışlarla qarşılanan bəstəkarlarımızın yaradıcılığından bəhs edir.
Kinorejissorun Xalq yazıçısı Anarın “Əlaqə” povesti əsasında ekranlaşdırdığı eyniadlı filmin qeyri-adiliyi isə fantastik janrda ilk Azərbaycan filmi olması ilə yanaşı, həm də sanki planetlə kainat arasında zaman maşınında irəliləyərək gözləntilərimizi gerçəkləşdirməsindədir.
Bəlkə də kinonu tamaşaçıya sevdirən də hər bir rejissora müyəssər olmayan bu xüsusiyyətdədir. Cahangir Zeynallı kökü bu torpaqdan su içib, onun energetikasını dərk edərək zamanı qabaqlamağı bacaran və 1989-cu ilin əvvəllərində hələ yalnız az saylı insanların içində cücərən, bir qığılcıma bənd olan azadlıq arzusunu “Əlaqə” filmi ilə nəinki ifadə edib, həm də tamaşaçıya göstərib. Bu əsər vasitəsilə sanki iç dünyamızla gerçəklik arasında bir körpü yaradıb. Filmin daha bir uğuru isə iki vətənpərvər, kinoya bağlı insanın vahid ideya ətrafında bir araya gəlməsinin nəticəsidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, görkəmli kinorejissorumuz Cahangir Zeynallını doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub