XƏBƏRLƏR
MƏLUMAT
Şəhid Nicat Qarazadənin anım günü ilə əlaqədar ev-muzeyi ziyarət edilib
ÜMÜMİ XƏBƏRLƏR
14/09/2023 07:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialı şəhid Nicat Malik oğlu Qarazadənin anım günü ilə əlaqədar ev-muzeyini ziyarət edib.

Ziyarət zamanı şəhidin döyüş yolu və ev-muzeyindəki əşyaları haqqında məlumat verilib.

Qeyd edək ki, şəhid Nicat Qarazadə 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.

Baxış sayı: 477