XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 nömrəli filialı "Şəhidlər vətənin qələbə rəmzi " adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/08/2022 01:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı fəal oxucularla birlikdə Şəhid Xudayar Yusifzadə və Sadiq Azayev haqqında "Şəhidlər vətənin qələbə rəmzi " adlı tədbir keçirib.

İlk öncə Şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Şöbə müdiri Sevinc Əliyeva Şəhidlər haqqında məlumat verərək qeyd edib ki, "Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatıb. Bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərib. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də olub, Xudayar Yusifzadə, Azayev Sadiq kimi bu gün Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.

Sonra oxucu Şahbazova Mədinə Xudayar Yusifzadə haqqında məlumat verərək bildirib ki, " Xudayar Yusifzadə 1998-ci il iyulun15-də Bərdə şəhərində anadan olub. Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edən Xudayar, Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd qəsəbəsinin azad olunmasında şücaət göstərib və orada yaralanmasına baxmayaraq, düşməni məhv edib, son nəfəsinə qədər vuruşub.

Xudayar Yusifzadə aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlib ". Oxucu Ramazanova Şövkət isə Sadiq Azayev haqqında məlumat verərək bildiribki , "Şəhid Azayev Sadiq Xubyar oğlu Quba rayonunun Qonaqkənd qəsəbəsində 11 avqust 1992-ci ildə dünyaya göz açıb.

Aslan Aslanov adına tam orta məktəbdə təhsil aldıqdan sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. Cəsarətli Sadiq 2016-cı ildə orduda gizir rütbəsi ilə çalışmağa başlayıb. Vətən müharibəsinə komandir kimi qatılıb. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib , silahdaşlarını mühasirədən çıxarıb, özü isə şəhadət şərbəti içib. Sadiq Azayev ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Döyüşdə fərqlənməyə görə” , “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif edilib.

Sonda oxucular Şəbnəm Əliyeva  və Rüqəyya Quliyeva  şeirlərlə çıxış ediblər.

Tədbiri aşağıdakı keçiddən izləyə bilərsiniz :

https://www.instagram.com/reel/ChDUL9NDThd/?igshid=YmMyMTA2M2Y=

https://www.facebook.com/100051288229979/posts/pfbid02Z9eVzhePbwNps7FsTMpATVxkR6EZSQzSYgL59642fE1jjEETohEx64zYig8zCMCql/

Baxış sayı: 443