
Sentyabrın 5-də Bakıda Türk Mədəniyyəti və İrsi Fondunda qırğız yazıçısı Beqijon Ahmedovun Azərbaycan dilinə tərcümə edilmiş “Dərviş” (“Sərgərdan”) kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi strukturun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradıldığını diqqətə çatdırıb. O əlavə edib ki, Fondun nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də Bişkekdə keçirilən sammitində qəbul edilib.
“2020-ci ilin ən yaxşı kitabı” nominasiyasının qalibi olmuş “Dərviş” kitabının tərcüməçisi Munisə İsmayılovadır.
Kitabın Bakıda təqdimatının Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Bişkekdəki nümayəndəliyi və Qırğızıstan Yazıçılar Birliyinin dəstəyi ilə keçirildiyini qeyd edən Aktotı Raimkulova deyib: “Son illər bu fond Qırğızıstanla çox sıx və fəal əməkdaşlıq edir”. Qırğızıstan xalqını bu yaxınlarda qeyd olunan Qırğız Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edən Raimkulova ötən il fondun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. Belə ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Çingiz Aytmatovun “Ana tarla” kitabının nəşrinə dəstək verib, həmçinin onun Bakıda və Bişkekdə təqdimatını təşkil edib.
Sonra Aktotı Raimkulova “Ana tarla” kitabını Qırğızıstan Yazıçılar Birliyinin sədri, ölkənin keçmiş təhsil və elm naziri Kanıbek İmanaliyevə hədiyyə edib.
O, həmçinin bildirib ki, gələn ilin noyabrında qırğız şairi, dramaturq, tərcüməçi Alıkul Osmanovun kitabının da təqdimatı olacaq: “Bunu bütün türk ölkələrində təbliğ etmək bizim üçün vacibdir”.
Fondun rəhbərinin sözlərinə görə, “Divan Lüğət ət-Türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq. Bununla əlaqədar olaraq Fond bu ilin dekabrında Parisdə əsərin təqdimatını keçirməyi planlaşdırır.
“Dərviş”in Azərbaycan dilinə tərcüməçisi Munisə İsmayılova qeyd edib ki, kitabda iqlim dəyişikliyi məsələlərinə toxunulur, eyni zamanda, bütün Türk dünyasının tarixini, adət-ənənələrini ehtiva edir.
Tədbirin sonunda “Dərviş” kitabının müəllifi Beqijon Ahmedov deyib: “Qonaqpərvər və təmiz Bakını sevməmək mümkün deyil. Mən bir çox qitələrdə olmuşam, amma belə gözəl şəhər görməmişəm. İstər Azərbaycan, istərsə də bütün dünya oxucuları qarşısında böyük məsuliyyət hiss edirəm”.
Tədbirin sonunda tərcüməçi Munisə İsmayılova fəxri fərmanla təltif edilib.





- 14:43 Mədəniyyət Evləri Novruz bayramına həsr olunmuş tədbir keçiriblər
- 11:53 "Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib
- 14:57 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 12:49 “Bayram gəlir elimə” adlı şənlik keçirilib
- 12:47 “Biz xoşbəxt uşaqlarıq” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
- 12:27 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 12:25 Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb
- 12:00 Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub
- 11:08 “Bahar - ən gözəl qızısan sən təbiətin!” adlı bayram konserti keçirilib
- 11:04 Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
- 11:00 Musiqi məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib
- 10:00 “Bahar nəğməsi” adlı konsert keçirilib
- 09:34 Füzulidə Yaradıcılıq Məktəbi düşərgəsi yekunlaşdı
- 09:24 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:18 UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
- 09:15 Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub
- 19:07 “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
- 18:46 “Milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
- 15:48 A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib
- 15:39 “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib
- 15:17 Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 11:56 Professor Əkbər Ağayevin anadan olmasının 110 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 11:55 Milli Kitabxanada tanınmış ictimai xadim Qənirə Paşayevanın 50 illiyi münasibətilə sərgi hazırlanıb
- 11:21 “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində növbəti təqdimat
- 10:47 “Pişiyin evi” kukla tamaşası təqdim olunub
- 10:38 “Novruz sevincləri” adlı bayram tədbiri keçirilib
- 09:35 Bu gün Torpaq çərşənbəsidir
- 09:31 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb
- 09:29 Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
- 16:00 “Sağlam dostlar” adlı təlim keçirilib
- 15:49 Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
- 15:03 Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı
- 14:42 Adil Kərimli dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
- 14:12 Azərbaycanlı rəssamların əsərləri Berlində açılan sərgidə nümayiş olunur
- 11:20 Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb
- 10:49 Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- 10:06 Bu gün görkəmli aktyor Hüseyn Ərəblinskinin doğum günüdür
- 09:43 Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib
- 09:32 Xalq artisti Ənvər Həsənov vəfat edib
- 09:29 Bakıda “1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı olub
- 09:17 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi keçirilib
- 16:35 Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:12 Bakıda “Qədim insan məskənlərinin mühafizəsi təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir
- 15:49 “Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür” mövzusunda tədbir keçirilib
- 15:18 "Sən elə sev ki..." kitabının təqdimatı keçirilib
- 14:56 "Əbədi iz" adlı söhbət keçirilib
- 12:20 Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
- 09:47 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:35 Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edir
- 09:23 Baharın “Ulduz”u işıq üzü görüb
- 09:20 Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub
- 17:07 Daşkənddə “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub
- 15:57 “Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub
- 14:48 Dahi Nizami Gəncəvinin vəfatının 816-cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans keçirilib
- 14:39 Mədəniyyət naziri Adil Kərimli Neftçala rayonunda vətəndaşları qəbul edib
- 11:39 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:24 Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb
- 11:16 Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib
- 11:14 Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 10:50 “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb