Vyananın Hofburq saray kompleksində yerləşən Avstriya Milli Kitabxanasında “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimatına həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə beş dildə nəşr edilmiş kollektiv əsərin müəllifləri Gürcüstan Milli Muzeyinin (GMM) aparıcı əməkdaşlarıdır.
Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Avropanın mədəni-tarixi mərkəzlərindən olan Avstriya Milli Kitabxanasının kuratoru Irmgard Harrer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda nəşrin Avstriya Milli Kitabxanasının Dövlət salonunda təqdim edilməsinin Avropanın elmi ictimaiyyətinə, Qarabağda çoxəsrlik tarixə malik Azərbaycanın mədəni irsi və tarixi kökləri haqqında dolğun təsəvvürün formalaşmasında müsbət rol oynayacağı xüsusi qeyd olunub.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov çıxışında işğal dövründə Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan irsinin tamamilə məhv edilməsi səbəbindən GMM-də Qarabağ xanlığı irsinin qorunmasına toxunub. O, gürcü alimləri tərəfindən bu irsin dərindən tədqiq olunmasının Qarabağın Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. E.İskəndərov Qarabağın işğaldan azad edilməsinin və hazırda dirçəldilməsinin Azərbaycan xalqının ümummilli ideyasının vacib əsaslarından olduğunu bildirib.
Konfransda, həmçinin Gürcüstan Milli Muzeyinin baş kuratorunun müavini Tebrone Nadiradze, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pommier Vinçelli, Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Raynhard Hess Qarabağ xanlığının müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər. Xarici tədqıqatçılar Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan obyektiv etnoqrafik materialların Qarabağ bölgəsinin Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini diqqətə çatdırıblar. Alimlərin fikrincə, Qarabağ irsində həm Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin tacı olan, böyük coğrafi areala hakimlik etmiş Qızılbaş dövlətinin, həm xalqımıza məxsus mədəni yaradıcılıq nümunələrinin, həm də müxtəlif millət və dinlərin nümayəndələrinə hörmət ənənələrinin izləri öz əksini tapıb.
Müzakirələri yekunlaşdıran M.R.Hessin sözlərinə görə, nəşrlə tanış olan hər kəs istər unikal Azərbaycan milli kimliyi, istərsə də bu kimliyin formalaşmasında Qarabağ və Qafqazın mədəniyyət incisi olan Şuşanın rolunu yaxşı başa düşəcək.
Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı Avstriya Milli Kitabxanasına və tədbir iştirakçılarına hədiyyə edilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi və Avrasiya Beynəlxalq İnkışaf Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış nəşr artıq Madrid, Varşava, Roma, Əmman şəhərlərində yerləşən aparıcı muzey və kitabxana mərkəzlərində, həmçinin UNESCO-nun mənzil-qərargahında geniş ictimaiyyətə təqdim olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
- 17:19 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:44 Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb
- 15:19 Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub
- 15:10 Azərbaycan Milli Kitabxanasının direktoru Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri seçilib
- 14:37 “Nine Senses” İncəsənət Mərkəzində “Qobustan – bəşəriyyətin sirri” mövzusunda tədbir təşkil olunacaq
- 14:35 “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub
- 14:21 Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub
- 14:19 Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 12:20 Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub
- 11:25 Yasamal rayon Heydər Əliyev Mərkəzində açıq dərs keçirilib
- 09:34 “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb
- 09:28 Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib
- 09:24 Musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Sumqayıtda məlumatlandırma sessiyası keçirilib
- 16:15 Teatr Muzeyinin 90 illiyi qeyd olunub
- 16:04 Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelər sahəsində bacarıqların inkişafı üzrə “Qış məktəbi” təşkil olunacaq
- 15:51 "Nəbi Xəzri -100" adlı tədbir keçirilib
- 15:36 “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
- 15:12 Görkəmli şair Nəbi Xəzrinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
- 14:58 “Əbədi Heydər Əliyev dühası” adlı tədbir keçirilib
- 14:43 H.Abbasov adına Mədəniyyət Mərkəzi "Sənətin sənətkarı " adlı yeni lahiyə təqdim edib
- 14:15 Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:13 Milli Kitabxanada “10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” adlı virtual sərgi təqdim olunub
- 12:19 Heydər Əliyev Azərbaycanın taleyini dəyişdirən əvəzolunmaz şəxsiyyətdir
- 12:08 Qarabağ xanlığının mədəni irsi Avstriya Milli Kitabxanasında təqdim edilib
- 11:38 IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək
- 11:33 Xalq şairi Nəbi Xəzrinin 100 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 11:15 Aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə konsert təşkil ediləcək
- 11:07 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev. Dövlət" filmi nümayiş olunub
- 11:03 “Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı işıq üzü görüb
- 09:39 Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb
- 09:29 Bu gün Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 ili tamam olur
- 09:23 Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib
- 09:21 Bakıdakı Rus evində Azərbaycanın Xalq artistinin yaradıcılıq gecəsi keçirilib
- 17:05 Azərbaycan filmi Beynəlxalq Buddist Film Festivalında Qran-Pri mükafatına layiq görülüb
- 16:11 "Nəbi Xəzri -100" adlı söhbət keçirilib
- 16:08 Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib
- 15:22 Muğam Mərkəzində xeyriyyə gecəsi təşkil olunub
- 14:09 Azərbaycanlı yazıçının Moskvada yeni romanı çap olunub
- 14:03 “Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq
- 12:48 Vətən müharibəsi qazisi Vüsal Abbasov ilə görüş keçirilib
- 12:33 Xalq artisti Möhlət Müslümovun 70 illik yubileyi qeyd edilib
- 12:31 “Əbədi yaşar Lider” adlı tədbir keçirilib
- 12:29 Azərbaycanlı yazıçının pyesi Rusiyada lisey teatrında səhnələşdirilir
- 11:37 Respublika Gənclər Kitabxanasının əməkdaşları beynəlxalq forumda iştirak ediblər
- 11:25 Ulu Öndər Heydər Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 10:56 Bu gün unudulmaz kinorejissor Lətif Səfərovun anım günüdür
- 09:33 Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib
- 09:25 Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sənət əsəri Almaniyanın Türk Tarixi və Mədəniyyətləri Muzeyində nümayiş olunub
- 09:21 Musiqi mədəniyyətimizdə parlaq imza – Elmira Səfərova - 90
- 17:18 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi ilə əməkdaşlıq görüşü keçirilib
- 16:35 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:07 Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
- 11:48 Bu gün Əməkdar artist Ayşad Məmmədovun doğum günüdür
- 10:00 Azərbaycan Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində təmsil olunub
- 09:30 Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub
- 09:26 Milli teatr sənətimizin yorulmaz əsgəri
- 09:19 Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
- 09:17 Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib
- 09:15 “Tablolarda nağıllar” sərgi-müsabiqəsinin yekun tədbiri Rəssamlar İttifaqında olacaq
- 16:15 Bu gün Əməkdar incəsənət xadimi Sadıq Şərifzadənin anadan olmasının 112-ci ili tamam olur