İyunun 17-də Heydər Əliyev Sarayında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədi daşıyan ənənəvi festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir.
İyunun 22-dək davam edəcək festivala Azərbaycan Milli Konservatoriyası da təşkilati dəstək verir.
Builki festivala Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə – ümumilikdə 25-dən çox ölkədən 200-dən artıq ifaçı, tədqiqatçı və qonaq qatılıb.
Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və elm xadimləri, müsabiqədə təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.
Gecənin aparıcıları muğam sənətinin tarixi və inkişaf mərhələləri haqqında məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətimizin bütün sahələrinin, o cümlədən musiqi və muğam sənətinin inkişafına, təbliğinə davamlı diqqət və qayğı göstərilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da mədəniyyətimizin və ulu muğamımızın böyük himayədarıdır. Təsadüfi deyil ki, məhz Mehriban xanımın səyləri və qayğısı ilə Azərbaycan muğamı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. “Muğam aləmi” festivalı da 2009-cu ildən məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə təşkil olunur.
Sonra festivalın “Bayatı” adlı möhtəşəm qala konserti təqdim edilib.
Azərbaycan, Türkiyə, Mərakeş/İspaniya, İraq/BƏƏ, Özbəkistan/Tacikistan, Qazaxıstan/Kanada, Hindistan və Monqolustandan olan ifaçı və kollektivlərin etnik-mədəni zənginlikləri ilə yaddaşlara yazılan çıxışları dinlənilib.
Qala konsert Xalq artisti Alim Qasımov və qrupunun ifasında "Muğamat var olan yerdə..." adlı musiqi nömrəsi ilə başa çatıb. Bütün ifalar tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, “Muğam aləmi” festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların iştirakı ilə muğam müsabiqəsi keçiriləcək.
Festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu da daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.
Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.











- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib