Lətif Mirəbdülbaqi oğlu Feyzullayev 1918 ci il oktyabrın 13-də Bakıda anadan olub. 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Lətif Feyzullayev, buranı bitirdikdən sonra təhsilini Moskvada – V. İ. Surikov adına Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində davam etdirib. Bu illərdə o, müəllimləri Moçalski, Pokarjevski və Qrabardan təsviri sənətin incəliklərini böyük həvəslə öyrənib. Hələ tələbə ikən gələcək rəssam "Qaçaq Nəbi" və "Qatır Məmməd" kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edib. Rəssam II Dünya Müharibəsi illərində hərbi vətənpərvərlik ruhunda bir sıra əsərlər yaradıb, hərbi hissələrdə təbliğat-təşviqat xarakterli plakatların müəllifi kimi tanınıb. O, eyni zamanda Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda da dərs deyib.
1944-cü ildə Lətif Feyzullayev yarımçıq qalmış təhsilini davam etdirmək məqsədi ilə Moskvaya qayıdıb. Elə həmin il Moskvada təhsil alan Vəcihə Səmədova ilə ailə qurub.
1949-cu ildə institutu uğurla bitirən gənc rəssam Lətif Feyzullayev Bakıya qayıdır. Müharibədən sonrakı illərdə qurub-yaradan insanların – müharibə qəhrəmanlarının, kənd zəhmətkeşlərinin, fəhlələrin əməyi rəssamın əsərlərinin əsas mövzusunu təşkil edib.
50-ci illərdən əfsanəvi Neft Daşlarının istismarına başlanılması ilə Lətif Feyzullayevin yaradıcılığında Xəzər neftçilərinə həsr olunmuş yeni, romantik mövzulu silsilə əsərlər dövrü başlanıb. "Vaxta" (1951), "Küləkli gün" (1957), "Tufandan qabaq" (1959), "Fontan" (1962) bu silsiləyə aid olan əsərlərdəndir.
Abşeronun özünəməxsus, təkrarolunmaz təbiəti rəssamı klassik mənzərə janrından kənara çıxan, sərt kontrastları və parlaq rəng üslubu ilə seçilən bir sıra orijinal mənzərələr yaratmağa sövq edir. "Abşeronda bahar", "Buruqlar", "Yay", "Abşeron qumları", "Qayalar", "Abşeron bağları" əsərləri buna bariz nümunədir.
İstedadlı rəssam bir çox maraqlı portretlərin müəllifi kimi də tanınıb. Buna misal olaraq "Rəssam Vəcihə Səmədovanın portreti", "Neftçi Gülbala Əliyev", "Fatimə", "Qoca", "Abşeronun qonağı" və "Güclü"nu göstərmək olar.
60-cı illərdə Lətif Feyzullayevin Bolqarıstana yaradıcılıq ezamiyyəti çox məhsuldar keçib. Rəssam bu ölkə haqqında maraqlı bir sərgi ilə sənətsevərlər qarşısında hesabat verib. Abşeron rəngkarlıq məktəbinin bənzərsiz nümayəndələrindən sayılan, pedaqoji fəaliyyəti dövrundə böyük bir rəssam nəsli yetişdirən Lətif Feyzullayevin əsərləri bu gün də bir çox muzeyləri bəzəyir və sərgilərdə tamaşaçıların böyük marağına səbəb olur. Lətif Feyzullayev 1987-ci ildə Bakıda vəfat edib.
Onu da qeyd edək ki, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisi keçirilib.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub