İyulun 3-də “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası (MR) haqqında nəşr olunmuş biblioqrafiyanın ölkəmizin bu qədim diyarı haqqında ilk fundamental biblioqrafiya kitabı olduğunu diqqətinə çatdırıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında 100 illik dövrü və 10 mindən artıq mənbəni əhatə edən biblioqrafik nəşrin Naxçıvanın və Azərbaycanın tarixi, mədəniyyəti haqqında tədqiqat aparan hər kəs üçün vacib elmi mənbə rolunu oynayacağını söyləyərək bu münasibətlə Milli Kitabxananın kollektivini təbrik edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu biblioqrafiyanın sanballı, mükəmməl və professional şəkildə hazırlandığını vurğulayıb. Bu kitabı Azərbaycan elminə və mədəniyyətinə dəyərli hədiyyə kimi qiymətləndirən akademik onun Milli Kitabxananın bugünədək nəşr etdiyi biblioqrafiyaların ən sanballısı və geniş əhatəlisi olduğununu xüsusi vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Fazil Mustafa, Vüqar Rəhimzadə, Asif Əsgərov, Azərbaycanda Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Nadir İsmayılov və başqaları çıxış edərək Naxçıvanın Azərbaycanın qədim dövlətçilik tarixində, milli kimliyimizin qorunmasında oynadığı mühüm rolundan ətraflı bəhs edərək “Naxçıvan. Biblioqrafiya” kitabının elmi, siyasi əhəmiyyətindən, mənəvi dəyərindən söhbət açıblar. Biblioqrafiya kitabının elmi-mədəni ictimai fikir tariximizdə unudulmaz, müstəsna tarixi hadisə olduğunu söyləyiblər.
Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazasının təqdimatı olub. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Naxçıvan MR-nın yaranmasının 100 illiyi münasibətilə tərtib olunmuş ilk fundamental biblioqrafiyada muxtar respublikanın tarixi, iqtisadiyyatı, kənd təsərrüfatı, təbii sərvətləri, sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti, ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.


- 09:29 "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusuna həsr olunan forum başa çatıb
- 09:21 “Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib
- 17:29 Forumun ilk paneli: "Mədəniyyət və hüquq"
- 16:24 “Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib
- 15:02 Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
- 11:48 İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub
- 11:25 Beynəlxalq İnsan Hüquqları Gününə adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:52 Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
- 10:48 Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:36 Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış
- 09:30 XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
- 09:25 “KinoBox” onlayn yayım platformasının təqdimat mərasimi keçirilib
- 16:35 Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub
- 16:31 “Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib
- 12:23 Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub
- 09:58 "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
- 09:52 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirilib
- 09:25 Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib
- 17:43 "Heydər Əliyev.Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub
- 16:54 Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib
- 16:22 “Arşın mal alan” Türkmənistan mətbuatında
- 14:39 "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 10:36 Baş İdarə tərəfindən xeyriyyə tədbiri keçirilib
- 09:43 “Boşluğa xütbə” filminin Bakı premyerası olub
- 09:34 Türkiyə Kino Günlərinin rəsmi açılışı “Baku Cinema Breeze” çərçivəsində baş tutdu
- 14:35 “Qonağımız var “ layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 16:07 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib
- 11:59 “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək
- 11:16 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 10:06 Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
- 17:17 İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
- 17:05 “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
- 16:43 Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
- 14:14 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub
- 11:17 Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə
- 10:01 YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində Çili istehsalı olan animasiya filmləri nümayiş etdirilib
- 09:40 Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib
- 09:36 İlin son “Ulduz”u
- 09:28 Milli Azərbaycan Tarixi Muzeyində respublika elmi konfransı keçirilib
- 16:00 “Ümid nəğməsi" adlı tədbir keçirilib
- 14:17 Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
- 11:43 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
- 10:58 Bakıda “Mən – Dədə Qorqud 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası olub
- 10:48 Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib
- 09:41 Azərbaycan violonçel ifaçısı beynəlxalq müsabiqənin laureatı olub
- 09:28 “Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib
- 09:22 Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert keçirilib
- 16:51 Azərbaycan Malayziyada beynəlxalq kitab sərgisində iştirak edir
- 16:11 Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
- 15:27 Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
- 15:17 Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib
- 11:33 Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
- 09:33 Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
- 09:26 Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunub
- 16:31 Açıq dərs təşkil edilib
- 16:22 Rəsul Rzanın ev muzeyində görüş keçirilib
- 14:52 Mədəniyyət naziri Adil Kərimli Ucarda vətəndaşları qəbul edəcək
- 09:39 Laçın – MDB-nin Mədəniyyət Paytaxtı 2025 rəsmən başa çatdı!
- 14:21 Prezident Kitabxanası “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursunu üç dildə təqdim edib
- 11:59 Xankəndidə və Laçında “ANİMAFİLM” festivalları keçirilir