Festivallar şəhəri kimi tanınan qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 1-də Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalına start verilib.
Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.
Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər. Ölkəmiz bu festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunur.
Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak ediblər.
Mərasimdən əvvəl festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Şəki teatrının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın şəhərin mədəni həyatı üçün çox vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkandır. 2017-ci ildə Şəki şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin siyahısına, 2019-cu ildə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına və İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib. Eyni zamanda, Şəki Dünya Tarixi Şəhərlər Liqasının da üzvüdür.
Əməkdar incəsənət xadimi, professor, “Şəki teatrı” kitabının müəllifi İlham Rəhimli çıxışında 145 illik tarixi olan Şəki teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, kollektivin qazandığı uğurlardan danışıb.
Rəsmi açılış mərasimindən sonra Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara görkəmli ingilis dramaturqu Vilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib. Premyerası olan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev və digərləri ifa ediblər.
Tamaşada Orta əsrlərdə İtaliyada zadəgan ailələr, əyanlar və onların başına gələn romantik hadisələrdən bəhs edilib. Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən və xeyrin şər üzərində qələbəsindən ibarətdir.
Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə xatirə hədiyyələri təqdim olunub.




- 18:45 Bakı Uşaq və Gənclər Teatrı Horadiz şəhərində
- 11:45 Baş İdarə Zəfər Gününə həsr olunmuş konsert keçirib
- 11:27 “5 illik Zəfər Səlnaməsi” adlı tədbir keçirilib
- 22:14 “Şanlı Zəfər tariximiz” adlı konsert keçirilib
- 16:14 Prezident Kitabxanasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
- 15:36 “44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
- 14:07 Minlərlə insanın toxuduğu Qarabağ “Çələbi” xalçası Şuşa Xalça muzeyinə təhvil verilib
- 13:26 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi Zəfər Gününə həsr olunmuş konsertdə çıxış edib
- 12:18 Milli Kitabxanada Şuşa Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb
- 10:46 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar keçirilib
- 09:19 “İki Qəlbin Avazında” – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 16:36 "Qalib Azərbaycanım" adlı bayram tədbiri keçirilib
- 15:08 Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılışı olub
- 12:44 “Mən orada idim” kitabının təqdimatı keçirilib
- 11:39 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
- 09:25 Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb
- 09:18 “İRS-Heritage” jurnalının ingilis dilində növbəti sayı işıq üzü görüb
- 09:12 Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub
- 16:51 “Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirilib
- 16:20 Səma Muğannanın “Həyatımdan parçalar” adlı yeni kitabının təqdimatı keçirilib
- 15:51 Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub
- 15:45 “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib
- 15:06 "Güc birlikdədir" adlı konsert keçirilib
- 14:36 “Həqiqətin gözü” – Antalyada Reza Deqatinin yarıməsrlik sənət yolunun təqdimatı
- 11:38 “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisi keçirilib
- 11:25 "Zəfər günümüz, qürur günümüz" adlı şeir müsabiqəsi keçirilib
- 09:05 Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub
- 15:58 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu”
- 12:30 Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 10:53 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:21 Azərbaycan incəsənət nümayəndələrinin Antalyada konsert proqramı keçirilib
- 10:09 Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub
- 08:58 UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib
- 08:55 Azərbaycanın gənc vokalçıları Tbilisidə keçiriləcək beynəlxalq müsabiqəyə dəvət olunub
- 14:09 Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza yaradılıb
- 12:11 Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçirilir
- 11:08 Bəstəkar Cahangir Zülfüqarovun anadan olmasının 70 illiyinə həsr olunmuş müəllif konserti keçirilib
- 09:41 Maştağa qəsəbəsində Məmmədbağır Bağırzadə yad edilib
- 09:24 Ankarada Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
- 17:24 Yasamal rayon Heydər Əliyev Mərkəzində film nümayiş olunub
- 16:53 “Unudulmayan şəhidim” adlı tədbir keçirilib
- 16:26 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 14:23 Mədəniyyət naziri Adil Kərimli Xızı şəhərində vətəndaşları qəbul edib
- 14:18 Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi baş tutub
- 11:30 Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı birinci elmi-praktik konfrans keçirilib
- 09:18 Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
- 09:10 Azərbaycan və TİKA arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- 16:43 “Qarabağ -Zəfər tariximiz” adlı tədbir keçirilib
- 16:04 Kitabxanada görüş keçirilib
- 15:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib
- 14:59 “Yuxu” filmi nümayiş olunub
- 11:18 “Sən ki, ölməmisən, sağsan şəhidim” adlı söhbət keçirilib
- 09:17 “ХХ Baku Jazz Festival” çərçivəsində “Çikaqo” müziklinin premyerası olub
- 17:30 “Suverenliyimiz əbədidir” mövzusunda açıq dərs keçirilib
- 16:00 Azərbaycan Brüsseldə beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 14:20 Bakıda “Uşaq İncəsənət Festivalı 2025”in final mərhələsi üzrə dinləmələr davam edir
- 09:08 ХХ Bakı Caz Festivalı çərçivəsində gənc musiqiçilərin konserti keçirilib
- 15:13 Türk ölkələri kinematoqrafçıları birləşir
- 14:35 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 11:49 “Yaşıl çəmən” ekran əsəri qısa film laboratoriyasının ikinci mərhələsinə seçilib