XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” adlı seminar keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2023 02:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik  yubileyinə həsr olunmuş “Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” adlı seminar keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk olaraq qonaqlar Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu bildiriblər. 

Həmçinin “Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” adlı mühazirə dinlənilib.

Sonda Ümummilli lider Heydər Əliyevə həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 264