XƏBƏRLƏR
MƏLUMAT
Gənc Tamaşaçılar Teatrı yeni mövsümə "Şirinlər"lə başlayacaq
ÜMÜMİ XƏBƏRLƏR
08/09/2022 02:38

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 95-ci mövsümünün açılışını 24 sentyabr saat 12:00-da P. Cullifordun "Şirinlər" və 19:00-da Çexovun "Qağayı" tamaşaları ilə edəcək.

Bu barədə APA-ya teatrdan məlumat verilib.

Bildirilib ki, "Qağayı" tamaşası 25 sentyabrda da nümayiş olunacaq.

25 sentyabr proqramına Puşkinin "Qızıl balıq" tamaşası da daxildir. Tamaşa saat 12:00-da nümayiş ediləcək.

Sentyabr proqramı 30 sentyabr saat 19:00-da T. Vəliyevanın "Cəza" monotamaşası ilə yekunlaşacaq.

Baxış sayı: 294