XƏBƏRLƏR
MƏLUMAT
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2024 14:21

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova konsertlə bağlı dinləyicilərə məlumat verib.

Bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, konsertmeyster Əməkdar artist Samirə Aşumovanın müşayiəti ilə solistlər - Əməkdar artistlər İlham Nəcəfov (tütək), İnarə Babayeva (soprano), Tural Ağasıyev (tenor), respublika və beynəlxalq müsabiqələr laureatları Natavan Həsənova (qanun), Rameş Paşayev (balaban) və Aftandil Hüseynov (nağara) dinləyicilər qarşısında çıxış ediblər.

Konsertdə “Musiqiyə dəvət”, “Məryəm” süitası, “Günəşim mənim” romansı, “Freska”, “Əbədi xatirə” (əsər şəhidlərimizin əziz xatirəsinə ithaf olunur), “Əsgərin duası”, iki hissədən ibarət “Turan motivləri”, Azərbaycan xalq melodiyaları əsasında xoreoqrafik-fantaziya - “Xarıbülbül”, “Azərbaycan rəqsi” və “Skertso” əsərləri səslənib.

Baxış sayı: 25