Firuz Xudaverdiyev 1939-cu il iyulun 8-də Bakının Qobu kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla — Mehdi Məmmədovun xeyir-duası ilə Mingəçevir Dövlət Dram Teatrına göndərilir. Yeddi il həmin teatrda fəaliyyət göstərən gənc aktyor C. Cabbarlının “Almaz” əsərində Fuad, S.S.Axundovun “Eşq və intiqam” pyesində Şəmsi bəy, S.Vurğunun “Fərhad və Şirin” əsərində Vəzir, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” dramında Ədalət kimi maraqlı obrazlar yaradır. Aktyor tələbəlik illərini xatırlayarkən deyir: “O vaxtlar Rasim Balayev, Mikayıl Mirzə, Əlabbas Qədirovla eyni kursda təhsil alırdıq. Biz SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun sinfində oxuyurduq. O zaman bizlər — gələcəyin gənc aktyorları böyük arzularla yaşayırdıq. İnstitutda bizə dərs deyən müəllimlərimizin əksəriyyəti Azərbaycanın tanınmış və məşhur sənətçiləri idilər. Yaxşı xatirimdədir, səhnə danışığı kafedrasının rəhbəri Müxlis Qənizadə biz tələbələrin həm də yaxın dostu və sirdaşı idi. Onun rəhbərliyi altında maraqlı kompozisiyalar, səhnəciklər, tematik süjetlər hazırlayardıq. Radioda da çıxışlarımız olardı”. Səhnədə taleyinə kiçik rollar düşsə də, Firuz Xudaverdiyev zaman-zaman xırda rolların böyük aktyoru kimi tanınıb, sevilib. Ən kiçik rolları belə, böyük şövq və məhəbbətlə oynayıb. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda kişi, A. Şaiqin “Fitnə” sində qoca, V. Şekspirin “Maqbet”ində əsgər, L. Frankın “Yad adam”ında çolaq, Anarın “Səhra yuxuları”nda polis və onlarca belə maraqlı, yaddaqalan rolları onu bir aktyor kimi sevdirib. O da bütün qəlbi ilə sənəti, səhnəni sevib...
1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunub və bir çox tamaşalarda müxtəlif səpkili obrazlar yaradıb.
Firuz Xudaverdiyev bir sıra televiziya tamaşalarında da maraqlı və yaddaqalan obrazlar yaradıb. O, ”Dəvətnamə”də müəllim, “Həmyerlilər”də Sarı Sarızadə, “Ordan burdan”da müəllim, “Pəncərədə işıq”da Firuz obrazlarını ərsəyə gətirib.
Günlərin birində Firuz Xudaverdiyev ailəsi ilə dənizkənarı parkda gəzintiyə çıxır. Qəfildən Mehdi Məmmədovla üz-üzə gəlirlər. Rejissor uşaqlara mehribanlıqla nəzər salır. Növbəti günlərin birində Mehdi Məmmədov Firuz Xudaverdiyevə məsləhət görür ki, Tahiri teatra gətirsin. Ona rol verib sınasınlar. Firuz bir ata kimi tərəddüd etsə də, rejissorun əminliyi onu sakitləşdirir. Tahirin böyük səhnədə ilk rolu “Dəli yığıncağı”nda xəstə uşaq obrazı olur. İlk tamaşa günü hamıdan çox Tahirin atası — Firuz həyəcan keçirir. Tez-tez sual verirdi: “Görəsən, Tahir Mehdi müəllimin ümidini doğrulda biləcəkmi?” Uşaqlıdan dilli-dilavər, hazırcavab olan Tahir ilk roldaca özünü doğruldur. Balaca aktyorun oyunu tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Həmin tamaşadan sonra Tahir bir-birindən maraqlı rollar oynayır. Moskvalı teatrşünas A. Belixov Tahirin bu rolunu yüksək qiymətləndirərək yazırdı: “Tahir Əhməd rolunu o qədər təbii, canlı oynadı ki, mən elə zənn etdim, o, təcrübəli bir aktyordur”. Krımda hərbi xidmətdə olan Tahir il yarımdan sonra Vətənə qayıdır. 1992-ci ildə Milli Ordunun sıralarında əvvəlcə Ağdərə cəbhəsində düşmənə qarşı döyüşlərdə iştirak edir. Sonra döyüş yolu Ortakənd, Sırxavənd, Çıldıran yaşayış məntəqələrindən keçir. Dəfələrlə ölümlə üzbəüz dayanır, müharibənin şiddətli döyüş səhnələrinin şahidi və iştirakçısı olur. Ağdərədən sonra Tahir Füzuli cəbhəsində döyüşür. Bu döyüşlərin birində — 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış yoldaşı Akifi xilas etmək üçün onu döyüş meydanından çıxarmağa çalışarkən ayağı altında partlayan düşmən mərmisindən yaralanıb yerə çökür. Dikəlmək istəyərkən köksündən aldığı güllə yarası onun həyatına son qoyur.
Tək övladını deyil, həm də dostunu və səhnəni paylaşdığı övladını itirən aktyor bu acını ömrünün sonuna kimi qəlbində daşıyır…
Kiçik rolların böyük ifaçısı olan Firuz Xudaverdiyev 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Əməkdar artist Firuz Xudaverdiyev 2017-ci il martın 28-də dünyasını dəyişib, doğulduğu kənddə dəfn edilib.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub