XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Əli Cəfərov
ÜMÜMİ XƏBƏRLƏR
29/08/2023 00:19

Əli Bəyullao ğlu Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1999-2010-cu illərdə kənd tam orta məktəbində təhsilini alıb. Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olub.

Əli 2011-ci ildə hərbi xidmətə başlayıb. Ağdam rayon “N” saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət edib. 2013-cü ildə hərbi xidməti bitirib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə 21 oktyabrda könüllü olaraq qoşulub. Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumları təşkil edib. Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Şəhid Əli Cəfərov 4 noyabr 2020-ci ildə Astara rayon Maşxan kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əli Cəfərov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baxış sayı: 133