XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artist Lətifə Əliyevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/07/2022 02:55

Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub.

Teatr İnstitutunda dram–kino aktyorluğu fakültəsində, Əməkdar mədəniyyət işçisi Kərim Həsənovun kurslarında dərs alıb.

1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Bu illər ərzində bir çox tamaşalarda əsas rolların ifaçısı olub (Nəriman Nərimanov “Şamdan bəy”, Cəlil Məmmədquluzadə “Məkkəyə gedən yol”, Süleyman Sani Axundov “Tamahkar”, Mirzə Fətəli Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” və.s).

Onun kinodakı rollarını da uğurlu hesab etmək olar. “Bircəciyim” (1986), “Kişi sözü” (1987), “Lətifə” (1989), “Tənha narın nağılı” (1984), “Ağ atlı oğlan” (1995), “Yuxu” (2001), “Yalan” (2006) kimi filmlərə çəkilib. Həm də İran istehsalı olan "Divlər zindanı" və "Arzular" filmlərində də rol alıb. Ancaq tamaşaçılar onu daha çox “Bəyin oğurlanması” filmində Həsənin anası rolu ilə tanıyırlar. Ümumiyyətlə aktrisa ana rollarının mahir ifaçılarındandır.

2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Baxış sayı: 331