
Noyabrın 27-də Bakı Kitab Mərkəzində “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunmuş kitab ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov əsərin İrəvanın tarixi həqiqətlərini, mədəniyyətini və orada yaşamış tarixi şəxsiyyətlərin fəaliyyətini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bu kimi tədqiqatların İrəvanın tarixi mirasının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz rol oynadığını vurğulayıb.
Professor Dilarə Seyidzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışlarında qeyd ediblər ki, kitab İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və orada yetişmiş tanınmış şəxsiyyətlər haqqında ətraflı məlumat verən dəyərli bir tədqiqat əsəridir. Əsər, əsasən, unikal və etibarlı tarixi mənbələrə, eləcə də arxiv sənədlərinə və araşdırmalara əsaslanaraq hazırlanıb.
Çıxış edənlər bildiriblər ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması, sistemləşdirilməsi və nəşr edilməsi yalnız tarixi faktların qorunub saxlanılması üçün deyil, həm də gələcək nəsillərin milli-mənəvi dəyərləri daha dərindən öyrənməsi baxımından böyük əhəmiyyət daşıyır. Natiqlər çıxışlarında belə tədqiqatların yerli və beynəlxalq səviyyədə diqqətə çatdırılmasının zəruriliyini vurğulayıblar. Onlar vurğulayıblar ki, bu kimi əsərlərin daha da təkmilləşdirilməsi, bir neçə xarici dilə tərcümə olunması, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması və nəşr edilməsi gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir.
Kitabın müəllifi Fəridə Səfiyeva bildirib ki, İrəvan şəhərində Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirilməsi və bu həqiqətlərlə yanaşı, İrəvan şəxsiyyətlərinin tanıdılması baxımından kitabın yayılması məqsədəuyğundur.
Onun sözlərinə görə, "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı Prezident İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazılıb.
Müəllif kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağına ümid etdiyini söyləyib.








- 17:05 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına qatılıb
- 16:27 Şirvan-Salyan və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin təhsilverənləri ilə attestasiyaya dair görüşlər keçirilib
- 15:43 Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət edib
- 15:14 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq
- 14:16 Gənclər kitabxanasında general Əliağa Şıxlinskinin 160 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 11:53 Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur
- 11:47 Bişkekdə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisi açılıb
- 09:56 Bu gün tanınmış aktyor və rejissor Həsən Əblucun doğum günüdür
- 09:31 Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi
- 09:27 Azərbaycan Pakistanda “Yaz festivalı - 2025”də təmsil olunub
- 09:25 Mədəniyyət naziri Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb
- 09:22 Azərbaycan Kukla Teatrının təmsilçiləri Türkiyədə Aygün Attarla görüşüb
- 09:21 Ankarada Hadi Poyrazoğlu adına IV Beynəlxalq Teatrları Festivalı açılıb
- 14:36 Bu gün tanınmış pianoçu Tamilla Mahmudovanın doğum günüdür
- 12:09 Gənclər Kitabxanasında professor Azad Nəbiyevin 80 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb
- 11:10 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:05 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:56 “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
- 10:52 Bakı Kitab Mərkəzində Azərbaycan bəstəkarı Leonid Vaynşteynə həsr olunmuş kitabın təqdimatı olub
- 10:50 “Tarixi abidələrin qorunması, bərpası, ənənəsinin davamçısı” mövzusunda tədbir keçirilib
- 09:57 Zirə qəsəbə Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün konsert proqramı təşkil edilib
- 09:39 Milli Gənc Tamaşaçılar Teatrında premyera - “Düyməcik”
- 09:32 Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 09:26 Azərbaycan nümayəndə heyəti Bişkekdə səmimi qarşılanıb
- 09:20 Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur
- 09:18 Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb
- 19:22 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “açıq qapı” günü elan olunub
- 17:19 Qobustan Milli Tarix-Bədii Qoruğuna mediatur təşkil olunub
- 17:02 Xalq şairi Vahid Əzizlə görüş keçirilib
- 16:56 Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 128 ili tamam olur
- 16:50 Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib
- 16:49 Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb
- 15:23 “Qədim diyar” adlı tədbir keçirilib
- 15:11 Qaradağ rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
- 12:01 30 000-ə yaxın iştirakçının qeydiyyatdan keçdiyi Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı!
- 11:18 Kukla teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq
- 09:55 Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
- 09:24 Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 09:21 İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb
- 09:09 Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub
- 17:24 Yağışlı aprelin günəşli “Ulduzu”
- 16:15 "Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı - 2024" ilinin təntənəli bağlanış mərasimi olub
- 14:37 I İslam Dünyası Mədəniyyət Forumunda mədəni irsin qorunmasında innovasiya və rəqəmsallaşma məsələləri müzakirə olunub
- 14:36 Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
- 12:39 Şuşa şəhərində I İslam Dünyası Mədəniyyət Forumu keçirilir
- 12:16 “Ulu öndərin xarici siyasət kursu: Sülh,Təhlükəsizlik, İnkişaf” mövzusunda açıq dərs keçirilib
- 11:59 “Mədəniyyət körpüsü” layihəsi çərçivəsində Əməkdar artist Dilarə Əliyeva “Mintonasiya” adlı stand-up konserti ilə çıxış edib
- 10:49 Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 97 ili tamam olur
- 09:51 “Doğma torpaq” tammetrajlı bədii filminin premyerası olacaq
- 09:40 Mədəniyyət Nazirliyi ilə ADA Universiteti “Yaradıcı Mərkəz” layihəsi üzrə əməkdaşlıq edəcək
- 09:29 Avstraliyanın ilk Azərbaycan musiqi qrupu Sidneydə konsert verib
- 09:26 ADA Universitetinin rektoru Hafiz Paşayev Yaradıcı Mərkəzlə tanış olub
- 09:20 Qazaxıstanın tanınmış ictimai-siyasi xadimi Mustafa Şokayın nəticəsi Azərbaycan Milli Kitabxanasında olub
- 09:14 Mədəniyyət naziri Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb
- 09:10 Azərbaycan incəsənəti “World Art Dubai 2025” sərgisində nümayiş etdirilib
- 17:20 TikTok-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Novruz 2025” onlayn festivalının nəticələri açıqlanıb
- 16:52 Azərbaycan Kinematoqrafçılar İttifaqı 78-ci Kann Beynəlxalq Film Festivalında təmsil olunur
- 16:43 “Tarixi abidələrimizi qoruyaq” adlı mühazirə keçirilib
- 16:23 Madriddə keçirilən “KERMES 2025”də Azərbaycan guşəsi böyük maraqla qarşılanıb
- 15:55 Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 91 ili tamam olur