XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı yazıçının pyesi Rusiyada lisey teatrında səhnələşdirilir
ÜMÜMİ XƏBƏRLƏR
09/12/2024 12:29

Rusiyanın Omsk şəhər 149 nömrəli liseyində azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.
AZƏRTAC xəbər verir ki, tamaşa məktəbin nəzdində fəaliyyət göstərən “Lisedei” teatr studiyasında səhnələşdirilir.

Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri, rus dili və ədəbiyyat müəllimi Lyudmila Şaraşovadır. Şagirdlərin hazırladığı səhnə əsərinin premyerası dekabrın 26-da məktəbin akt zalında keçiriləcək. Tamaşanın uşaq teatr festivallarında da nümayiş etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Pis uşaqlar planeti” pyesi bu il Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrında, həmçinin Sankt-Peterburqun Nevski rayon 707 nömrəli orta məktəbində də səhnələşdirilərək rusiyalı uşaqlara təqdim olunub.

Baxış sayı: 78