Azərbaycanın ilk qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfili milli teatr sənətinin inkişafında, gənc teatr rejissorlarının yetişməsində önəmli rol oynayıb. Ulduz Saleh qızı Rəfili görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi, professor olaraq mədəniyyət tariximizdə görkəmli yer tutur.
Ulduz Saleh qızı Rəfili 15 dekabr 1922-ci ildə (Gəncədə) Goranboyda doğulub. Azərbaycanda bir çox dəyərli nəsillər kimi görkəmli rejissorun da ailəsi repressiya dalğasından can qurtara bilməyib. 12 yaşı olanda nəsilləri sovet repressiyasına məruz qalıb və o, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb.
Tədqiqatçılar Ulduz xanımın öz əli ilə yazdığı avtobioqrafiyasını təqdim edib: "Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat edib. Anam ikinci dəfə ailə qurub. 1935-ci ildə anam rəhmətə gedəndən sonra mən müstəqil həyata atılmalı oldum. Böyük Vətən Müharibəsinə qədər Moskvada yaşayan böyük bacım Səmayə Rəfilinin yanında yaşamalı oldum. 1938-ci ildə Sənaye Texnikumunu bitirdim".
Daha sonra Ulduz xanım Moskvada Dəmiryol Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olur, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışır. Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıdır, burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub, 1951-ci ildə oranı bitirib. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsləhətçi və o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərib.
O, ali məktəbi bitirdikdən sonra 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb. 1972-1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayıb, onlara quruluş verib. U.Əliyeva 50-dən artıq tamaşaya - "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirinbala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Haldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Ötən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973) və s. maraqlı quruluşlar verib. Ulduz Rəfili Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə, rejissor sənətində qazandığı nailiyyətlərə görə 29 iyun 1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub. Rejissorun səhnələşdirdiyi bir çox tamaşalar ümumittifaq festivallarının qalibi olub, diplom və mükafatlara layiq görülüb.
1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan Ulduz xanımın yaradıcı fəaliyyəti yüksək qiymətləndirilib, 1957-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin (S.Mixalkovun "Sombrero" əsərinə görə), 1959-cu ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülüb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının müdiriyyəti tərəfindən Azərbaycan SSR Mədəniyyət Nazirliyinə sənətkar haqqında təqdim olunan xasiyyətnamədə yazılıb: "Ulduz Rəfili-Əliyeva Azərbaycan teatrının ilk professional qadın rejissoru olaraq 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 20 illik əmək fəaliyyəti müddətində 50-dən artıq tamaşaya quruluş verib. Onun quruluş verdiyi tamaşalar öz müasirliyi, bədii-ideya xüsusiyyətləri və yaradıcılıq mövqeyi baxımından seçilir. Bu əsərlər tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılanaraq dəfələrlə mətbuatda müsbət fikirlərlə qeyd edilib. O, teatrın həm Azərbaycan, həm də rus bölmələrində uğurlu tamaşalara imza atıb. Teatrın Bədii Şurasının üzvü kimi də səmərəli fəaliyyətini qeyd etmək vacibdir. Teatrda gənc aktyorların yetişməsində və dramaturqlarla yeni pyeslərin seçilib repertuara daxil edilməsi işində həmişə aktivdir. Bütün bunlarla yanaşı, Ulduz xanım teatrın ictimai həyatında da aktiv olub, böyük həvəslə mütəmadi olaraq məktəblilərlə görüşlər təşkil edib".
Tədqiqatçılar yazır ki, Ulduz xanımın həyat yoldaşı Qurban Əliyev uzun müddət Azərbaycan SSR Təhsil Nazirliyində çalışıb. Yeganə övladı Həsən Əliyev isə səhiyyə sistemində işləyib. Keşməkeşli həyat yolu və maraqlı yaradıcılıq tarixçəsi ilə yaddaşlarda yaşayan Azərbaycanın ilk qadın teatr rejissoru U.Rəfili 2006-cı ildə Bakıda vəfat edib.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub