“Bakı Gecələri-2010” estrada mahnı festivalına start verildi
Mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafını rəhbər tutaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının seçim turuna start verildi.
“Göyçək Fatma və dostları” tamaşası nümayiş olunacaq
İyulun 13-də, saat 12.00- da Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası mövsümün bağlanışı ilə əlaqədar Bakı Uşaq teatrının səhnəsində “Göyçək Fatma və dostları” tamaşasını nümayiş etdirəcək.
Bakı Uşaq Teatrı “Əhmədin yuxusu” və “İmperator” tamaşalarını nümayiş etdirəcək
Bakı Uşaq Teatrı 9-cu mövsümün bağlanışı ilə əlaqədar İyulun 9-da saat 11.00- da uşaqlar üçün hazırlanmış “Əhmədin yuxusu” və 19.00- da böyüklər üçün hazırlanmış “İmperator” tamaşasını nümayiş etdirəcək.
Samir Fərzəlibəyov "Ən yaxşı rejissor" mükafatına layiq görülüb
Gənc azərbaycanlı rejissor Samir Fərzəlibəyov İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin keçirdiyi müsabiqədə "Ən yaxşı rejissor" nominasiyasında qalib gələrək eyniadlı mükafata layiq görülüb.
Hidayət Orucov İranın Mədəniyyət və İslam maarifləndirilmə naziri Seyid Məhəmməd Hüseyni ilə görüşüb
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bakıda səfərdə olan İranın Mədəniyyət və İslam maarifləndirilmə naziri Seyid Məhəmməd Hüseyni ilə görüşüb.
İyul ayının 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.