Azərbaycan Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq respublika kitabxanalarının informasiyalaşdırılması işi uğurla davam etdirilir.
İyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və qoruq ərazisində gəzintisi keçirilib.
Akademik Milli Dram Teatrının binası yeni mövsümdə açılacaq
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı yenidənqurma və təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
"XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda görüş
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə "XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda regional görüş keçirib.
Azərbaycanın birinci xanımı və YUNESKO-nun baş direktoru Beynəlxalq Muğam Mərkəzində olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və ölkəmizə səfərə gələn YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.
Azərbaycanın son orta əsr şəhərlərinin arxeoloji tədqiqatlarına həsr olunmuş konfrans keçiriləcək
Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Ağsu arxeoloji ekspedisiyası və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunmuş konfrans keçiriləcək.
Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanıb.
"Avropa vətəndaşlığı filmlər vasitəsi ilə" qısametrajlı filmlər nümayişi
İyulun 31-də Norveç Insan Hüquqları Evində AEGEE-Bakı-nın (Avropa Tələbələr Forumu) 22 iyul - 1 avqust tarixlər arasında təşkil etdiyi beynalxalq layihə "Avropa vətəndaşlığı filmlər vasitəsi ilə" ərzində çəkilmiş qısametrajlı filmlər nümayiş etdiriləcək.
Hindistanın Azərbaycandakı səfiri Debnad Şounun verdiyi məlumata görə, 2011-ci ildə Hindistanda tanınmış şair Robindranat Taqorun 150 illiyi qeyd olunacaq.