az
Bütün xəbərlər

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

15-01-2013, 11:54
Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Dövlət Filarmoniyası 25 may 1936-cı ildə yaradılıb.

Yerləşdiyi bina 1910 - 1912-ci illərdə "İctimai iclasların yay evi" adı ilə tikilib. 1936-cı ilədək orada konsert və əyləncə tədbirləri keçirilmişdir.

11 avqust 1937-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə filarmoniyaya Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verilib.

Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatları laureatı, professor Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, Əməkdar incəsənət xadimi Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestridir.

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Xatırladaq ki, Azərbaycan musiqi sevərlərinin könlünü oxşayan bu möhtəşəm konsert təşkilatının binası 1996-cı ildən bəri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmirdi. 8 illik fasilədən sonra binada təmir işlərinə başlanıldı. Mərhum Prezident H.ƏIiyevin şəxsi səyi və istəyi nəticəsində 8 aylıq təmirdən sonra 27 yanvar, 2004-cü ildə təntənəli surətdə tamaşaçılara təhvil verildi. Açılışda Prezident İlham Əliyev, keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlu, dünyaşöhrətli violonçel ustası Mstislav Rostropoviç, Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli iştirak etmişdilər.

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

1830-cu ildə İçərişəhərin qala divarına bitişik ərazidə salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan Filarmoniya bağının isə maraqlı tarixi var. XIX əsrin əvvəllərində Bakının komendantı İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoyub. Gətirilən torpağın tökülüb yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilib, beləliklə, bağ şəhərin “yaşıl adası”na çevrilib. XIX əsrin 60-70-ci illərində bu bağın ərazisi xeyli genişləndirilib. Ötən əsrin əvvəllərində isə Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki Filarmoniya binasının tikilməsi o vaxtlar Qubernator bağı adlanan istirahət guşəsinin şöhrətini daha da artırıb.

Sahəsi 4,6 hektar olan bu bağ əvvəlcə Qubernator, sonra Mixaylov bağı adlanıb. O vaxtlar da bu bağa digərlərindən daha çox diqqət və vəsait ayrılırdı. Çünki bağdakı sıx yaşıllıq Şəhər Dumasının fəxri idi.

Bağ salınandan sonrakı dövrdə ilk dəfə burda abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib.

2007-ci ilin mayında əraziyə gələn prezident İ.Əliyev burda abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlarını verib.

Aparılan işlər nəticəsində bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanıb, yenidənqurma mərhələsində yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bağın bədii tərtibatı diqqətdə saxlanıb. Yenidənqurma zamanı burda nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb.

Fransanın “İnter Art” şirkətinin layihələndirdiyi bağda orijinal formada fəvvarə tikilib. Eyni zamanda, Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndirilir.

baku-art.az

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı

Azərbaycan Dövlət Filarmoniyası - Filarmoniya bağı
Oxunma sayı :