az
Bütün xəbərlər

Kamil Rzayevin xatirəsinə həsr olunmuş Karate üzrə yarış-turnir keçirildi (Fotosessiya)

3-12-2012, 15:00
Kamil Rzayevin xatirəsinə həsr olunmuş Karate üzrə yarış-turnir keçirildi (Fotosessiya)

Noyabrın 2-də Pirallahı qəsəbəsi V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin idman zalında qəhrəman şəhid Kamil Rzayevin xatirəsinə həsr olunmuş Karate üzrə yarış - turnir keçirildi.

İdman ili ilə əlaqədar olaraq Mərkəzdə keçirilən silsilə idman tədbirlərinin davamı olaraq, yarış yüksək səviyyədə keçirildi. Yarışın təntənəli açılış mərasimində Koşiki Karate Federasiyasının prezidenti əməkdar idman ustası, 6-cı dan qara kəmər sahibi Talıb Berzigiyarov cənabları, Mədəniyyət Mərkəzinin direktoru Flora xanım Hüseynova, şəhidin atası Manaf Rzayev və digər rəsmi qonaqlar idmançılara uğurlar arzuladılar.

Tamaşaçı qismində qəsəbə sakinləri iştirak edirdi.Yarışda Mərkəzin karate üzvləri ilə yanaşı, Buzovna, Kürdəxanı, Neftçi sağlamlıq Cəmiyyəti və Sumqayıt şəhər karateçilərindən ibarət komandalar iştirak etdi.

Bədii rəhbər İ.Əskərovun verdiyi məlumata görə, sonda qaliblər Federasiyanın kubok və fəxri fərmanları ilə təltif olundu.

baku-art.az

Oxunma sayı :