az
Bütün xəbərlər

“Tərsinə çevrilən dünya” bədii filminin təqdimatı keçiriləcək

2-11-2011, 14:51
“Tərsinə çevrilən dünya” bədii filminin təqdimatı keçiriləcək

Bu gün, noyabrın 2-də, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Çingiz Abdullayevin ssenarisi əsasında “Azərbaycanfilm” kinostudiyası ilə “Sədra-film” (İran) şirkətinin birgə istehsal etdikləri “Tərsinə çevrilən dünya” bədii filminin təqdimatı keçiriləcəkdir.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulur.

Filmin quruluşçu rejissoru Ənvər Əbluc, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Oqtay Rəcəbov, icraçı prodüseri Adil Qulamovdur.

Filmin rollarında Rasim Balayev, Məhəmmədrza Forutən, Fuad Poladov, İlham Əsgərov, Natella Kərimova, Günel Məmmədova, Humayun İrşadi, Sona Mikayılova, Qorxmaz Əlilicanzadə, Məmməd Səfa və başqaları çəkiliblər.

baku-art.az
Oxunma sayı :