“Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim”
Noyabr ayının 9-da, saat 12.00-da Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Dövlət Bayraq Gününə həsr olunmuş “Bayraq mənliyimdir, Bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim” başlığı altında keçirilən tədbir reallaşdı.
Tədbirdə MKS-nin işçiləri, Zəngi liseyi, 32 və 272 saylı məktəbin şagird, müəllim heyəti iştirak etdi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Şəhla Qəmbərova açaraq gələn qonaqları salamladı. Sonra Azərbaycanın dövlət himni səsləndi. Şəhla xanım tədbiri aparmaq üçün sözü MKS-nin metodisti Sevil Nağıyevaya verdi. Zəngi liseyinin şagirdlərinin ifasında Tofiq Quliyevin “Azərbaycana gəlsin” mahnısı səsləndi. Tədbirdə MKS-nin kitabxanaçıları Xalidə Əlimirzəyevanın, Səbinə Mirzəyevanın və Vəfa Məlikqasımovanın təqdimatında bayraq haqqında çıxışları dinlənildi. Onlar əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq onun atributlarını qorumaq arzusunda olduqlarını dövlət bayrağının məna və mahiyyətini yüksək tutulmasının əhəmiyyətindən danışdılar. Məktəb şagirdlərinin ifasında bayrağa aid şeirlər dinlənildi. Kitabxanamızın ən fəal oxucusu dəfələrlə şeir müsabiqələrinin qalibi Elnur Əliyevin ifasında bayrağa aid 2 möhtəşəm şeir dinlənildi. Kitabxanamızın ən kiçik oxucusu olan Cəfərova Fizzəbəyim çıxışı və şeiri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Tədbirin gedişatında “Azərbaycan marşı” mahnısı və Emin Sabitoğlunun “Azərbaycan” mahnısı səsləndi.
baku-art.az
Oxunma sayı : | 11-11-2010, 13:32 |
Seçilmiş xəbərlər
Mayın 18-də Beynəlxalq Muzeylər Günü və “Avropa Muzeylər Gecəsi” münasibətilə Filarmoniya bağında “Şəxsiyyətimiz ... Sərvətimiz” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsində təmsilçisi Fərid Məmmədov iyirminci nömrə altında çıxış edərək Avropa tamaşaçılarına möhtəşəm şou göstərmişdir. Nəticədə Azərbaycan bu mötəbər yarışmanın finalında 234 səslə ikinci yerdə qərarlaşmışdır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mərkəz və muzeylərdə 18 may “Beynəlxalq Muzeylər günü” ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat
Mayın 4-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin təşkilatçılığı ilə Filarmoniya bağında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kitab bayramı-2013” keçirildi.
“Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.
“Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, BMA-nın məktəb-studiyasının yaradıcısı və direktoru, Azərbaycan musiqi mədəniyyəti tarixinə beynəlxalq nüfuz qazanmış bir sıra layihələrin müəllifi, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu Azərbaycan xalq musiqisinin əsaslarının öyrənilməsinə maraq oyatmış milli musiqimizin təbliğatçısı kimi daxil olmuş professor Tərlan Seyidovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.