az
Bütün xəbərlər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi

6-04-2009, 05:30
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi

Cəlil Bəhram oğlu Məlikov
1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bitirib.C.Məlikov 2002-2004-cü illərdə “Space” müstəqil teleradio şirkətində, 2004-2006-ci illərdə özəl sektorda müxtəlif vəzifələrdə işləyib.2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində sektor müdiri və Nazirliyin Protokol sektorunun müdiri vəzifələrində çalışıb.Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.2018-ci ilin avqust ayında mədəniyyət nazirinin köməkçisi vəzifəsinə təyin edilib.2018-ci ilin noyabr ayından Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.



Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini

Gülnarə Mirtağı qızı Seyidova
1969-cu ildə Naxçıvan şəhər, Şərur rayon Dizə kəndində anadan olub. Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2009-cu ilin sentyabr ayından sektor müdiri vəzifəsində, 2013-cü ilin sentyabrından Mədəniyyət siyasəti sektorunun müdiri vəzifəsində, 2015-ci ilin mart ayından Bakı Şəhər Mədəniyyət Baş İdarəsində rəis müavini vəzifısində çalışır.

Ailəlidir, iki övladı var.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini

Nazim Novruz oğlu Əliyev
1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-ci ildə Azərbaycan Politexnik İnstitunun mühəndis mexanik fakültəsini, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. 2014-cü ilin sentyabr ayından Bakı Şəhər Mədəniyyət Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

Mədəniyyət siyasəti sektoru

Səbinə Müzəffər qızı Məmmədova – sektor müdiri
1972-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. 2005-ci ildən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində işə başlayıb, 2013-cü ilin sentyabrından Mədəniyyət siyasəti sektorunun baş məsləhətçisi vəzifəsində, 2015-ci ilin avqust ayından Mədəniyyət siyasəti sektorunun müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Sücayət Zakir qızı Piriyeva –baş məsləhətçi
1986-cı ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Asəf Zeynallı adına Musiqi Kollecinin kamança ixtisasını, 2010-cu ildə Azərbaycan Milli Konservatoriyasının Musiqişünaslıq fakültəsini fərqlənmə diplomu ilə, 2013-cü ildə isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını Musiqişünasliq ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2016-cı ilin iyul ayı tarixindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Mədəniyyət siyasəti sektorunda baş məsləhətçi vəzifəsində çalışır.

Subaydır.

Tomris Xıdırnəbi qızı Hacıyeva - aparıcı məsləhətçi
1986-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirib. 2009-cu ilin mart ayından Bakı şəhər Mədəniyyət Baş İdarəsində muzeylər üzrə məsləhətçi vəzifəsində, 2013-cü ilin sentyabrından Mədəniyyət siyasəti sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Subaydır.

Vüsal Firudin oğlu Həsənov - aparıcı məsləhətçi
1984-cü ildə Tovuz rayonunda anadan olub. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsini , 2008-ci ildə isə həmin akademiyanın magistr pilləsini bitirib. 2012-ci ildən Bakı şəhər Mədəniyyət Baş İdarəsində məsləhətçi vəzifəsində, 2013- cü ilin sentyabrından isə Mədəniyyət siyasəti sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

Musiqi təhsili və incəsənət sektoru

Bətulə Ədhəm qızı Məmmədəliyeva – sektor müdiri
1959-cu ildə Naxçıvan şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirib. 2013 - cü ilin noyabrından Musiqi təhsili və incəsənət sektorunun müdiri vəzifəsində çalışır.

Subaydır ,üç övladı var.

Mehriban Nizami qızı Qurbanova - baş məsləhətçi
1978-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2011-ci ilin noyabr ayından Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Musiqi təhsili və incəsənət sektorunun məsləhətçisi vəzifəsində, 2013-cü ilin sentyabrından Musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Maliyyə və iqtisadiyyat sektoru

Allahverdiyeva Vəfa Allahverdi qızı - sektor müdiri
1986-cı ildə Naxçıvan şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2019-cu ilin 1 fevral tarixindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Maliyyə və iqtisadiyyat sektorunun müdiri vəzifəsində çalışır.

Subaydır.

Ülvi Əmiraslan oğlu Məcidov – baş məsləhətçi
1988-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2009-cu ildə Azərbaycan Kooperasiya Universitetinin inzibati idarəetmə fakültəsini bitirib. 2013-cü il aprel ayından Bakı şəhər Mədəniyyət Baş İdarəsində Mühasibat uçotu və hesabat işləri sektorunda baş məsləhətçis-iqtisadçı vəzifəsində, 2013-cü ilin sentyabrından Maliyyə və iqtisadiyyat sektorunun baş məsləhətçisi-iqtisadçı vəzifəsində çalışır.

Subaydır.

Budaqov Turqay Tahir oğlu - baş məsəhətçi-mühasib
1993-cü ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirib. 24 avqust 2016-cı il tarixindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Maliyyə və iqtisadiyyat sektorunda baş məsləhətçi- mühasib vəzifəsində çalışır.

Subaydır.

Ümumi sektor

Məmmədzadə Müjkan Əbdüləli qızı
1983-cü ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, 2013-cü ildə magistr pilləsini bitirib. 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. 2014-cü ildə Təhsil Problemləri İnstitutuna fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olub. 2018-ci ilin dekabr ayından Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Ümimi sektorun müdiri vəzifəsində çalışır.

Subaydır.

Böyük mütəxəssis - makinaçı

Allahverdiyeva Fidan Hüseyn Ağa qızı
1986-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino-televiziya və konsert işləri üzrə prodüser fakültəsini bitirib. 2016-cı il tarixindən Bakı şəhər Mədəniyyət Baş İdarəsində böyük mütəxəssis-makinaçı vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

İnformasiya və İctimaiyyətlə əlaqələr sektoru

Pərvanə Salman qızı Muradzadə - sektor müdiri
1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2014-cü ilin aprel ayından İnformasiya və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Günel Həsən qızı Əhmədova – baş məsləhətçi
1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Bakı Biznes Universitetinin Dilşünaslıq fakültəsini, 2014-cü ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq fakültəsi üzrə magistr pilləsini bitirib. 2014-cü ilin aprel ayından İnformasiya və İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi vəzifəsində çalışır.

Subaydır.

Günay Şöhrət qızı Əliyeva - aparıcı məsləhətçi
1991-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2014-cü ilin aprel ayından İnformasiya və İctimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

Beynəxalq əlaqələr sektoru

Ülkər Adil qızı Mütəllimova - sektor müdiri

1990-cı ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr və magistr pilləsinin filologiya ixtisası üzrə bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsində təhsilini davam etdirir. 2016-cı ilin fevral ayından Bakı Şəhər Mədəniyyət Baş İdarəsində sektor müdiri vəzifəsində çalışır.

Subaydır.

Gülnar Əliheydər qızı Məlikova – aparıcı məsləhətçi
1985-ci ildə Zəngilan rayonunda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2011-ci ildə isə həmin fakültənin magistr pilləsini bitirib. 2014-cü ilin aprel ayından Beynəlxalq Əlaqələr sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Fəxriyyə Bəhlul qızı Zeynallı - baş məsləhətçi, hüquqşünas
1992-ci ildə Naxçıvan şəhərinin Şərur rayonun Alışar kəndində anadan olub.2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə bitirib. 2014-cü ilin oktyabr ayından Beynəlxalq Əlaqələr sektorunun baş məsləhətçi, hüquqşünas vəzifəsində işləyir.

Ailəlidir, bir övladı var.

İşlər sektoru

Aynur Şahin qızı Qasımova - sektor müdiri
1987-ci ildə Sabirabad şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix, 2011-ci ildə həmin universitetin Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi ixtisası üzrə magistr pilləsini bitirib.Hal-hazırda Bakı Dövlət Universitetində Ölkələr tarixi istiqaməti üzrə qiyabi doktoranturada təhsil alır. 2014-cü ilin oktyabr ayından Bakı şəhər Mədəniyyət Baş İdarəsinin İşlər sektorunun müdiri vəzifəsində çalışır.

Subaydır.

Böyük mütəxəssis - təsərrüfat üzrə müdir

Sərdar Abdulla oğlu Bağırov
1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Naxçıvan Politexnik Texnikumunu bitirib. 2009-cu ilin iyun ayından Bakı şəhər Mədəniyyət Baş İdarəsində böyük mütəxəssis - təsərrüfat üzrə müdir vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Kadrlar üzrə baş məsləhətçi

Təranə Telman qızı Həsənova
1985-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Qərb Universitetinin politologiya fakültəsini, 2010-cu ildə isə Qərb Univesitetinin MBA proqramı üzrə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistr pilləsini bitirib. 2009-cu ilin sentyabrından Bakı Şəhər Mədəniyyət Baş İdarəsində kadrlar üzrə məsləhətçi vəzifəsində, 2013-cü ilin sentyabrından kadrlar üzrə baş məsləhətçi vəzifəsində çalışır.

Ailəlidir. Bir övladı var.

Baş məsləhətçi - mühəndis
Nərmin Mərdan qızı Əliyeva
1988-ci ildə Rusiya Federasiyasının Arxangelsk şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetində Mexanika-Riyaziyyat fakültəsinin bakalavr pilləsini, 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr pilləsini bitirib. Hal-hazırda Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsində təhsil alır. 2010-cu ilin avqust ayından Bakı Şəhər Mədəniyyət Baş İdarəsində məsləhətçi-mühəndis vəzifəsində, 2013-cü ilin sentyabr ayından baş məsləhətçi-mühəndis vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.
Oxunma sayı : 61412