Azərbaycanın son orta əsr şəhərlərinin arxeoloji tədqiqatlarına həsr olunmuş konfrans keçiriləcək

Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Ağsu arxeoloji ekspedisiyası və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunmuş konfrans keçiriləcək.

Konfransın tezisləri avqust ayının 25-nə qədər qəbul edilir. Tezislər istənilən formatda və şriftdə yığıla bilər. Qəbul olunmuş tezislər və konfransın proqramı sentyabrın 1-də elan ediləcək. Məruzələr konfransdan sonra çap ediləcək.

baku-art.az