İyulun 28-də Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisində olub.
Bu ilin payızında İstanbulda türkdilli jurnalistlərin toplantısının keçiriləcəyi barədə məlumat verən diplomat, tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin gələn həftə səfirlik tərəfindən mükafatlandırılacağını bildirib. Qonağa milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, Prezident İlham Əliyevin şuranın yeni binasının açılışında iştirakının və mətbuat nümayəndələrinin təltif olunmaları ilə bağlı sərəncamlarının ölkədə KİV-lərə və jurnalistlərə göstərilən yüksək diqqət və qayğının əyani təzahürü olduğu bildirilib.
baku-art.az































