YUNESKO-nun baş direktoru xanım İrina Bokova Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli uşaqlar YUNESKO-nun baş direktoruna gül dəstəsi təqdim ediblər. Qeyd edək ki, Bolqarıstanın Fransadakı səfiri və YUNESKO-nun yanında daimi nümayəndəsi İrina Bokova 2009-cu ilin 22 sentyabrda YUNESKO-nun İcraçı şurası tərəfindən səsvermənin beşincı turunda qurumun baş direktoru seçilib.
Bokova YUNESKO-nun rəhbəri vəzifəsində çalışan ilk qadın olub.
baku-art.az































