Hüseyn Cavidin ev muzeyində eksponatların sayı artır

Azərbaycanın mütəfəkkir şairi, dramaturqu və filosofu Hüseyn Cavidin irsinin araşdırılmasında onun ev muzeyinin xüsusi rolu var. Muzeyin fəaliyyət istiqamətinə dramaturqun oğlu bəstəkar, şair, tənqidçi və yazıçı Ərtoğrul Cavidin ədəbi və elmi irsinin tədqiqi və təbliği də aiddir. Muzeydə bu yöndə bir sıra yeniliklər baş verib. Hüseyn Cavidin ev muzeyində 10 minədək eksponat var. Bu eksponatlar muzey fondunda qorunub-saxlanılır.

Mədəniyyət ocağı dramaturqun bir sıra əsərlərinin yeni nəşrin hazırlayıb. Bunlardan "Topal Teymur" əsərinin kitab şəklində nəşrin göstərmək olar. Eyni zamanda ədibin Abdulla Şaiqlə birgə yazdığı Azərbaycanda ilk ədəbiyyat nəzəriyyəsi kitabı da bərpa olunub. Daha bir toplu, "Hüseyn Cavid hikməti" adlı seçmə aforizmlərdən ibarət miniatür kitab da nəşr olunub. Hüseyn Cavid və Ərtoğrul Cavid irsinin tədqiqi və təbliği yönündə növbəti iş isə böyük bir proyekt üzərindədir. Belə ki, muzeyin arxivində saxlanılan Ərtoğrul Cavidin topladığı Azərbaycanın qeyri-maddi irs nümunələri nəşrə hazırlanır.

baku-art.az