"Avropa vətəndaşlığı filmlər vasitəsi ilə" qısametrajlı filmlər nümayişi

İyulun 31-də Norveç Insan Hüquqları Evində AEGEE-Bakı-nın (Avropa Tələbələr Forumu) 22 iyul - 1 avqust tarixlər arasında təşkil etdiyi beynalxalq layihə "Avropa vətəndaşlığı filmlər vasitəsi ilə" ərzində çəkilmiş qısametrajlı filmlər nümayiş etdiriləcək.

Avropa Birliyinin 2007-2013 illər üçün nəzərdə tutduğu "Youth in Action" (Gənclər fəaliyyətdə) proqramı çərçivəsində bu layihə "European citizenship through film making" Azərbaycanda Nabran şəhərində təşkil olunub. İştirakçı ölkələr İngiltərə, Polşa, Rusiya və Azərbaycandır.

baku-art.az