Hindli şairin yubileyi Bakıda qeyd olunacaq

Hindistanın Azərbaycandakı səfiri Debnad Şounun verdiyi məlumata görə, 2011-ci ildə Hindistanda tanınmış şair Robindranat Taqorun 150 illiyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycanda da tədbirlər keçiriləcək.

Bundan başqa yeni tədris ilində Azərbaycan Dillər Universitetində hind dili kafedrası açılacaq. Səfirin sözlərinə görə, kafedra yeni dərs ilində fəaliyyətə başlayacaq: "Kafedranın açılmasına kömək göstərmək məqsədilə Hindistandan professor Racjiş Kumar Azərbaycana gələcək. Professor bir müddət burada işləyəcək və hind dilinin tədrisi üçün proqram hazırlamaqda azərbaycanlı müəllimlərə köməklik göstərəcək".

D. Şou iki ölkə arasında tələbə mübadiləsi proqramına start verilməsinin zəruriliyini də vurğulayıb.

baku-art.az